Məşhur göbələk dərmanı hamilələrdə düşüyə səbəb olur

08:27 07-10-2019 | icon 326 | Sağlamlıq
Məşhur göbələk dərmanı hamilələrdə düşüyə səbəb olur

Populyar göbələk və vaginal göbələk yoluxmaları zamanı təgbiq olunan Flukonazol dərmanı hamilələrdə uşaqsalmaya, düşüklərə səbəb ola bilər.

 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə elmi nəticə Kanada tibb dərgisində çap olunub.
 
Hamilələrin 10%-i vulvovaginal kandidozdan əziyyət çəkir. Hamiləlikdə bu göbələyə yoluxma riski də çox yüksəkdir. 
 
Müalicə məqsədilə şamlardan əlavə Flükanazol adlı dərman da aşağı dozalarda təyin edilir. 
 
 
Alimlər 441 min nəfər hamilənin 1998-2015-ci illərdə tibbi məlumatlarını analiz edib. Onlarda nə dərəcədə göbələk xəstəlikləri və reseptə hansı dərmanların yazılması araşdırılıb. 
 
 
Alimlər aşağı və yüksək dozada Flukanazolun hamiləlikdə qeyri ixtiyari və qəfil düşüklərə, ciddi bətndaxili qüsurlara və ölü uşaq doğulmaya nə dərəcədə səbəb olmasını təhlil edib.
 
 
Məlum olub ki, dərmanın ağızdan qəbulu arzuolunmaz nəticələrə səbəb olur. 
 
Hamiləlikdə istənilən dozada Flukanazol qəbulu düşük riskini dəfələrlə artırır. 
 
 
Birinci trimestrdə 150 mq dozada bu dərmanın qəbulu döldə ürək qüsurlarına səbəb olur. 
 
 
Bu tədqiqat bir daha göstərir ki, flükanazolla ehtiyatlı olub, yalnız dəqiq diaqnoz və ağır hallarda, zərərsiz dozada təyin edilməli və ya daha yuxarı aylarda verilməlidir. Lakin yaxşı olar ki, daha təhlükəsiz göbələk əleyhinə dərman seçilsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

Azərbaycan mətbuatı – 145

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

Yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

Karantin postları yenidən QURULDU