BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

18:17 07-10-2019 | icon 154 | Təhsil
BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi, kimya üzrə elmlər doktoru Kamran Mahmudov və “Üzvi kimya” kafedrası nəzdində fəaliyyət göstərən “Zərif üzvi sintez” ETL-nın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Ataş Qurbanovun Portuqaliyanın Lissabon Universitetində uzun müddətli ezamiyyəti müddətində yerinə yetirdikləri elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş Ümumuniversitet elmi seminarı keçirilib.

 

Seminarı giriş sözü ilə BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə açaraq elmi-tematik plan üzrə yerinə yetirilmiş işlər əsasında mühüm elmi nəticələrin Ümumuniversitet elmi seminarlarında kollektivə təqdim edilməsi, geniş müzakirəyə çıxarılması, həmçinin tələbələrin elmi axtarışlara sövq edilməsi məqsədilə davamlı olaraq təşkil olunacağını bildirib.

 

Hesabat xarakteri daşıyan seminarda Kamran Mahmudovun “Qeyri-kovalent qarşılıqlı təsirlər: sintez, kataliz və materialların dizaynı”, Ataş Qurbanovun isə “Kristal mühəndisliyində qeyri-kovalent qarşılıqlı təsirlər” mövzularında məruzələri universitetin elmi ictimaiyyətinə təqdim edilib. Məruzəçilər ezamiyyət müddətində Lissabon Universitetində mövzu üzrə elmi-tədqiqat işlərinin təşkili, BDU-nun Kimya fakültəsinin əməkdaşları və xarici alimlərlə birgə əldə etdikləri elmi nəticələri, həmçinin uyğun dövrü əhatə edən nəşrləri barədə də geniş məlumat veriblər.

 

Kamran Mahmudov bildirib ki, qeyri-kovalent qarşılıqlı təsirlər (hidrogen, halogen, xalkogen, pnictogen, tetrel və triel rabitələr, həmçinin kation-π, anion-ππ-π, n-π*, aqostik, pseudo-aqostik, anaqostik, dispersion, lipofil, və s.) biomolekulların və materialların özülünü təşkil edir. Keçid mərhələlərini və intermediatları stabilləşdirən qeyri-kovalent qarşılıqlı təsirlər kimyəvi reaksiyaların selektivliyi və katalitik proseslərin istiqamətini müəyyən edir. Baxmayaraq ki, hidrogen rabitəsinin rolu sintez və katalizdə yaxşı öyrənilib, yeni növ rabitələr - halogen, xalkogen, pniktogen, tetrel və triel - sintetik kimyada geniş istifadə edilməyib. Ezamiyyət dövrü ərzində üzvi və koordinasion birləşmələrin sintezində qeyri-kovalent qarşılıqlı təsirlərin rolunun öyrənilməsi, azot və hidrazonlarda E/Z izomerləşmənin qeyri-kovalent qarşılıqlı təsirlərlə nəzarəti, qeyri-kovalent qarşılıqlı təsirlər mövzusunda beynəlxalq konfransın təşkili əsas məqsəd olub. K.Mahmudov onu da əlavə edib ki, Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 4 geniş icmal, 2 kitab fəsli, 25 məqalə və 12 tezis nəşr etməklə Bakı Dövlət Universitetini layiqincə təmsil edib.

 

Digər məruzəçi Ataş Qurbanov isə koordinasion və üzvü birləşmələrin xassələrinin molekullararası zəif qarşılıqlı təsirlərin (hidrogen, halogen, xalkogen, tetrel ve s. rabitələr) təbiətindən asılı olduğunu seminar iştirakçılarının diqqətinə çatdırıb. Məlum olub ki, molekula qeyri-kovalent rabitə donor və ya akseptor əvəzedicilər daxil etməklə onların xassələrini dəyişmək (tənzim etmək) mümkündür. Koordinasion birləşmələrin katalitik aktivliyini artırmaq ücün ligand molekuluna əlavə sulfo və ya karboksil qruplarının daxil edilməsi hidrogen rabitəsi hesabına reaksiyanın seçiciliyini təmin edir. Tək hidrogen rabitəsi deyil digər qeyri-kovalent garşılıqlı təsirlər - halogen və ya tetrel rabitələr də molekulların kristalloqrafik parametrlərini və xassələrini dəyişir.

 

Ataş Qurbanov ezamiyyət dövründə qarşıya qoyulan əsas məqsədin üzvü və koordinasion birləşmələrin katalitik, bioloji, fotokimyəvi və s. xəssələrini artırmaq ücün həmin molekulları qeyri-kovalent rabitə donor və ya akseptor saytlarla dizayn etməkdən ibarət olduğunu diqqətə çatdırıb. Məlum olub ki, dünyada bu elmi istiqamət aktual hesab olunur və kristal mühəndisliyi adı ilə tanınır. Ezamiyyət müddətində məruzəçi tərəfindən Clarivate Analytics agentliyinin siyahısına daxil olan yüksək impakt faktorlu jurnallarda 2 icmal, 1 kitab fəsli, 36 məqalə və 19 tezis nəşr olunub.

 

Məruzələr dinlənildikdən sonra alınan mühüm elmi nəticələr geniş şəkildə müzakirə olunub, mövzu ətrafında çıxışlara yer verilib, fikir və təkliflər dinlənilib. Daha sonra ezamiyyət dövründə Kamran Mahmudov və Ataş Qurbanov tərəfindən görülmüş işlər bəyənilib, alınan mühüm elmi nəticələrin BDU-nun illik hesabatına daxil edilməsi üçün Elmi Şura qarşısında vəsatət qaldırılması qərara alınıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi