BƏYANAT: Bəzi buqələmun saytlar Rafael Cəbrayılova qahmar çıxır

12:18 08-10-2019 | icon 141 | Siyasət
BƏYANAT: Bəzi buqələmun saytlar Rafael Cəbrayılova qahmar çıxır

“Bəzi buqələmun xəbər portalları dələduzluq əməllərinə görə mandatına xitam verilmiş Rafael Cəbrayılova qahmar çıxıblar və fırıldaqçı adamı müdafiə edərək Hafiz Hacıyevə qarşı ucuz kampaniya aparırlar”.

 

Versus.Az xəbər verir ki, bu sətirlər Müasir Müsavat Partiyasının mətbuat xidmətinin yaydığı bəyanatda yer alıb.

MMP-nin yaydığı açıqlamada deyilir ki, keçmiş deputat R.Cəbrayılovu “tumarlayan” bəzi saytlar deyəsən, “fil qulağında yatıblar”.

 

“Xüsusən, 7news.az, oxu.az saytları Mərkəzi Seçki Komissiyasının, Yeni Azərbaycan Partiyasının mövqeyindən xəbərsizdir. Bu sayt saxtakarı, vergidən yayınanı, vətəndaşlara pul atan dələduzu elə müdafiə edir ki, sanki mələkdir.

Bütün ölkə onun hansı hoqqalardan çıxdığını gördü, bəzi saytlar isə “görmədilər”. Biz onları gözlərini açmağa çağırırıq. Çünki Rafael Cəbrayılovun sifarişi ilə Hafiz Hacıyev haqda böhtan, hədyan yazanlar unutmasınlar ki, deputatlığı dövründə vətəndaşları aldadan, kiminə 300 min, kiminə 200 min borclu qalan, mandatını girov qoyan, 200 evi satışa çıxaran Hafiz Hacıyev olmayıb, təriflədikləri saxtakar, fırıldaqçı, alverçi Rafael Cəbrayılov olub.

Gündəmə gəlmək istəyən, tiraj, İP toplamaq arzusunda olan saytlar hansısa dələduzun göstərişləri ilə hərəkət etməsinlər, özlərini ucuz satmasınlar. Axı bu fırıldaqçı adamın kim olduğunu bütün respublika gördü”, – deyə bəyanatda vurğulanıb.

MMP bildirir ki, mətbuat diqqətli olmalı, MSK-nın R.Cəbrayılov barəsində çıxardığı qərara istinad etməlidir: “Bəzi saytlar bu dələduz adama nəyə görə möhtacdırlar, niyə onu müdafiə edirlər, Hafiz Hacıyevə qarşı çirkin kampaniyanı nə üçün aparırlar, hər şey kənardan aydın görünür. Bu ölkədə rüşvətxor məmura, nazirə yaltaqlanan, ondan qidalanan saytlar olmuşdu, mandatı ləğv edilmiş dələduz keçmiş deputatı müdafiə edib, Hafiz Hacıyevə böhtan atanlar olmamışdı.

Ümidvarıq ki, bu saytlar MSK-nın, Milli Məclisin spikerinin, YAP-ın rəsmi şəxslərinin açıqlamaları ilə yaxından bir daha tanış olacaqlar”.

 

Müasir Müsavat Partiyasının mətbuat xidməti

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əvəz Zeynallının projesi və alça turşusu

Ermənistan təşkəs rejimini 78 dəfə pozub

Bəhram Bağırzadədən yeni XƏBƏR VAR

“Qalatasaray” yenə uduzdu

Qərbi Azərbaycanlı qaçqınların işi Avropa Məhkəməsinə göndəriləcək

Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

Mehriban Əliyeva koronavirusa yoluxmuş həkiminin səhhətini nəzarətə GÖTÜRDÜ

Prezident yenidən qurulan yarımstansiyasının açılışında - FOTO

Müəllim olmaq arzusunda olanların NƏZƏRİNƏ

Azərbaycan mətbuatı – 145

İmtahana hazırlaşan abituriyentlərə MÜRACİƏT

"DİN-in əməliyyatı özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir"

Xədicə İsmayıldan koronavirusa yoluxma xəbərinə sərt REAKSİYA

Yüz illər öncə tikilmiş hamam zibilliyə çevrilib - FOTO

Karantin postları yenidən QURULDU