SƏS YAZISI: Partiyadan çıxıram, tüpürüm partiyanıza!!!!

12:33 08-10-2019 | icon 131 | Siyasət
SƏS YAZISI: Partiyadan çıxıram, tüpürüm partiyanıza!!!!

Bu dəfə cəbhəçi Dilarə Miriyeva partiyadakı ədalətsizliyə üsyan etdi

Son günlər sosial mediada və bir çox müxalifətçilər tərəfindən səslənən Əli Kərimlinin cəbhəçiləri ailələrinə çörək pulu qazanmaqdan məhrum edərək məcburi trolluğa cəlb etməsi, öz partiya yoldaşlarına sədaqətsizliyi və dəyər verməməsi ilə bağlı fikirlər, bu dəfə cəbhəçi xanım Dilarə Əliyevanın partiyadan narazılığı ilə gündəmə gəldi. 

 

Versus.Az gununnebzi.info-ya istinadla xəbər verir ki, AXCP daxilində baş verənlər sosial şəbəkələrin gündəmini hələ də zəbt edir.

 

Bildirilir ki, əvvəlcə Fuad Qəhrəmanlının öz ailəsinə qarşı qeyri-insani və dəhşətli rəftarı,  üzvlərin onu müdafiə edərəkazyaşlı qızını iyrənc üsullarla təhqirləri, daha sonra partiyanın üzvü Rəşid Turabovun digər üzvləri trolluq etmədiklərinə, Əli Kərimlini tərifləyən rəylər yazmadığına görə kəskin danlaması, ondan sonra isə uzun illərdir partiyada xidmət edən nəzarət təftiş komissiyasının sədri Aydın Əliyevə edilən haqsızlıqlar, onun Əli Kərimliyə kəskin etirazı AXCP daxilindəki mühitin mənzərəsini bir daha açıq şəkildə ortaya qoyub.

 

İndi isə daha bir AXCP üzvü Dilarə Miriyevanın sosial şəbəkələrdə səsyazısı yayılıbr. Səs yazısından görünür ki, Dilarə xanım partiya daxilində edilən haqsızlıqlardan, üzvlərə dəyər verilməməsindən şikayətlənir, ağlayaraq kəskin narazılığını bildirir.

 

Dilarə Miriyevanın səs yazısında deyilir: "“Nə oldu? Nərmin Xəlil orda, Şəbnəm orda,Türkan orda, Fatimə nə bilim nə orda, hamı orda hamıya yer oldu Dilarə xanıma yer olmadı? Mən özümü sındırmadım, amma mənə bilirsiniz necə təsir edib bu? Əməyimin bəhrəsi bu idi? Siz hələ hakimiyyətə gəlməmisiniz beləsiniz. Hakimiyyətə gəlsəniz məni kimisini, məni şəxsən ortada tryapka kimi qullanıb atacaqsınız. Özünüz istədiklərinizi gətirəcəksiniz vəzifəyə Dilarə xanımın da harda canı çıxır çıxsın. İndiyə qədər nətər idisə elə də sürünsün belə çıxır da. Demək məndən istifadə edin hakimiyyətə gəlmək üçün sonra da məni qullanın atın, belə çıxır da. Çox təsir edib mənə inanırsınız?! Bu gün bütün günü ağlamışam, şəkərim, təzyiqim hara çıxıb bilmirəm. Hamının gətirib üst başa keçirdir. Emil Səlimovdu bunun hamısını edən. Her şeyimi qurban etmişəm bu yolda qızım bu partiyaya görə məni il yarım nəvələrimin üzünə həsrət qoyub . Oğlumu mənim üstümə qaldırıb, gündə oğlumla davadayıq buna görə.

 

Bir şey olan kimi Emil bir yandan üstümə düşür, Ruslan Əmirli bir yandan, Hüseynağa bir yandan hərəsi bir təlimat verir. Həmən Dilarədi də, siz Dilarəni dəyərləndirmirsiniz? Mən onda tüpürüm sizə, lazım deyil, sizin partiyanıza da her şeyə də. Mən voobşe partiyadan çıxıram mənə lazım deyil bu partiya”.

 

Səs yazısını təqdim edirik: 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?