Murad Dadaşovun qalmaqallı “neft açıqlaması”na aydınlıq gətirildi

13:26 08-10-2019 | icon 194 | Mədəniyyət
Murad Dadaşovun qalmaqallı “neft açıqlaması”na aydınlıq gətirildi

Xalq artisti, şoumen Murad Dadaşovun tanınmış aparıcı Murad Arifin "Popumuz var" verilişində dediyi “neft dövlətindir” sözləri neçə gündür sosial şəbəkələrdə müzakirə olunur. Böyük əksəriyyət Murad Dadaşovu  tənqid atəşinə tutur, onu hakimiyyətə yarınmaqda ittiham edir, neftin xalqa məxsus olduğunu vurğulayır.



Murad Dadaşov isə hələ ki, qalmaqal doğuran “Bəzən deyirlər, neft sənindir, mənimdir. Neft dövlətindir. Onlara demək lazımdır, sən bu neft üçün nə etmisən? Sən də istedadını göstər. keç önə” fikirlərinə aydınlıq gətirməyib.  

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, "Popumuz var" layihəsinin rəhbəri Murad Arif xalq artistinin müdafiəsinə qalxıb. O,bununla bağlı sosial şəbəkədə yazıb:



“Verilişə baxmadan, 1 fraqment üzərində rəy quranlar üçün, proqram “Youtub”dadır. Aşağıda yazdıqlarımı yoxlamaq olar.

Adam kapitalizm və sosializm dəyərlərinin fərqindən danışırdı...
Murad deməyib ki, "Xalqın deyil"!
Murad müsahibədə deyir ki, "SƏN" yatırsan, "FİLANKƏS" yatmır, işləyir, qazanır. "SƏN" nə etmisən?
"SƏNİN DEYİL" dedikdə, Xalqı demir, öncə bəhs etdiyi "işləməyən, tüfeyli bir adamı", həmin "SƏN"i nəzərdə tutur. Bu kapitalizmdır, deyir...

 

DÖVLƏT XALQ DEYİLMİ? Nəzəri olaraq, Xalqa xidmət edən qurum deyilmi?
Heç bu söhbətdə neftçilərdən, zəhmətkeşlərdən danışılırmı?

 

Murad müsahibələrində məmur özbaşıbalığını, korrupsiyanı, insanlarla kontaktın olmamasını, adamların küsdürülməsini, incidilməsini, qapalı, konservativ medianı da yetərincə tənqid edən adamdır.

Ayrı vaxt bulling sözü avatarınızdan düşmür. İndi bir cümləni, bütün müsahibədən QOPARIB, adamı söyüş mənbəyinə çevirməyiniz nədir?

 

Təbii sərvətlər Xalqa məxsus, xalqa aiddir. Dövləti də Xalqdan ayırmaq olmaz.
DÖVLƏT XALQINDIR!”.

M. Arif daha sonra əlavə edib:

“- Dövlət, hökumətdən daha genişdir. Hökumət isə dövlətin bir hissəsidir.

- Dövlət, daimidir. Hökumət isə keçicidir.

- Dövlət, şəxsi olmayan bir otoritadır.

- Dövlət, ortaq yaxşılığı və ümumi iradəni təmsil etməyə çalışır. Lakin hökumət isə müəyyən ideologiyaları təmsil edir.

- Dövlət xalq topluluğunun bütünləşmiş struktur formasıdır.

- Dövlət, Cümhuriyyətdir, Azəraycan deməkdir!”

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi