Bakıda Azərbaycan, Rusiya və Türkiyə arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirə olunur

14:40 08-10-2019 | icon 88 | Siyasət
Bakıda Azərbaycan, Rusiya və Türkiyə arasında siyasət, iqtisadiyyat və təhlükəsizlik məsələləri müzakirə olunur

2019-cu il oktyabrın 8-də Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat mərkəzində aparıcı ekspertlər, diplomatlar, akademik, işgüzar dairələrin və mətbuat nümayəndələrinin iştirakı ilə “Azərbaycan-Rusiya-Türkiyə: siyasi dialoq, iqtisadiyyat, təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilir.

 

“Azərbaycan-Rusiya-Türkiyə” beynəlxalq ictimai platformasının yaradılması üç ölkənin iqtisadi əməkdaşlığı, nəqliyyat-energetika layihələrinin inkişafı və regional təhlükəsizliyin təmin olunması üçün yeni imkanlar açan konstruktiv siyasi dialoqun nəticəsidir.

 

Yaxın Şərq ölkələrində, Qafqazda, Xəzər-Qara dəniz regionunda baş verən hadisələr Azərbaycan, Rusiya və Türkiyəni üçtərəfli əməkdaşlığın möhkəmləndirilməsinə vadar edir.

Bakıdakı konfrans əvvəllər Sankt-Peterburq və Ankarada baş tutmuş, mətbuatda böyük əks-səda doğurmuş və hər üç ölkənin ictimaiyyətləri səviyyəsində yüksək qiymət almış üçtərəfli formatda ekspert görüşlərinin davamıdır.

Bu tədbirdə Azərbaycan, Rusiya və Türkiyədən aparıcı ekspertlərin üçtərəfli formatda əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı görüşlərini açıqlayacağı, eləcə də mövcud problemlərin həlli üçün tövsiyələrini verəcəyi gözlənilir.

Konfransın təşkilatçıları “Baku Network” Beynəlxalq Ekspert Şurası (Azərbaycan), Müasir Türkiyənin Tədqiqi Mərkəzi (Rusiya), Rusiya Araşdırmaları İnstitutudur (Türkiyə).

Tədbir Prezident Qrantları Fondunun dəstəyi ilə keçirilir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?