Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

14:42 08-10-2019 | icon 132 | Təhsil
Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

Tvinninq layihəsinin “AzKÇ nəzərə alınmaqla kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində altıncı missiya həyata keçirilib. 

 

Versus.Az xəbər verir ki, missiya çərçivəsində Fransanın Burqundiya Universitetinin professoru Mişel Narke və Litvanın Avropa Sosial Fond Agentliyinin biologiya üzrə təhsil proqramları sahəsində ixtisaslaşmış eksperti Trine Meza Johansen ölkəmizə səfər edib.

 

Missiyanın məqsədi biologiya ixtisası üzrə dövlət standartının yenilənməsi və bu sahədəki ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsindən ibarət olub.

 

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartın yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrənib, eləcə də fakültənin maddi-texniki bazası ilə tanış olublar.

 

Missiya nəticəsində ekspertlər biologiya ixtisası üzrə dövlət standartında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, burada maddi-texniki baza üzrə minimal tələbər və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən ediblər. Ekspertlər həmçinin biologiya sahəsi üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr də veriblər.

 

Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatından istifadə ediblər.

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?