3-cü DokuBaku BSFF-in qalibləri müəyyənləşdi - FOTO

17:15 08-10-2019 | icon 122 | Mədəniyyət
3-cü DokuBaku BSFF-in qalibləri müəyyənləşdi - FOTO

З-cü “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı sona çatdı. Oktyabr ayının 2-dən 6-dək baş tutan festivalda 25 nümayişdə ümumi 38 filmin təqdimatı həyata keçirilib. Həm yerli, həm də xarici ölkələrin istehsalı olan filmləri kinosevərlərə təqdim edən “DokuBaku” müsabiqə qaliblərini elan edib.

 

Ən yaxşı tammetrajlı Sənədli Film nominasiyasında qalib film Beniamino Baressenin “Anamın Yox oluşu” (İtaliya/ABŞ) (“The Disappearance of My Mother” İtaly/US) filmi seçildi. Film İtalıya, Amerika Birləşmiş Ştatları istehsalıdır. Film Sundance Film Festivalının bu ilki ən yaddaqalan filmlərindəndir. Bu film ana ilə oğlu arasındakı mübarizəni, Benedettanın azadlığının təsvirinin inadkar mübarizəsindən bəhs edir.

Ən yaxşı qısametrajlı sənədli film nominasiyasının qalibi isə Samir Karahoda “Aralıqda”(Kosovo) (“In Between” Kosovo) əsər seçilib. 

 

Ən yaxşı yerli film nominasiyasının qalibi isə Leyli Qafarovanın “Bir zamanlar Şanxayda” (Azərbaycan) (“Once Upon a Time in Shangai” Azerbaijan)ekran işi seçilib. Mükafat olaraq, Leyli Almaniyanın Wiesbaden şəhərində keçirilən GoEast Film Festivalının nəzdində olan GoEast Talent Lab-da ödənişsiz iştirak qazanıb. Leyli Qafarovanın Talent Lab-da qalib olduğu təqdirdə, o, 5000 avro mükafat alacaq.

 

Bundan başqa, Münsiflər heyətinin xüsusi rəyi nominasiyasında Orxan Adıgözəlovun “Salaamı xilas edin!” (Azərbaycan) (“Save Salaam!” Azərbaijan) qısa filmi qalib olub.

 

Bu il festival ötən illərlə müqayisədə daha gözəl və müxtəlif filmləri qonaq edib. Bu isə onu göstərir ki, festival hər il böyüyür, ölkədə sənədli filmlərin inkişafı üçün münbit şərait yaranır.

 

Festival meneceri sənədli film rejissoru Oktay Namazov qeyd edib ki, festivala müraciət edən 181 filmin əksəriyyəti artıq özünü təsdiqləmiş və biri-birindən maraqlı ekran işləri idi. Festivala yerli filmlərdən də müraciətlər yetəri qədər idi. Festivalın digər beynəlxalq  festivallarla, Beynəlxalq Film Məktəbləri ilə əməkdaşlıq etməsi böyük bir irəliləyişdir. Ümid edirik ki, gələn il müsabiqə filmləri arasında daha çox yerli filmlər görə biləcəyik. 

 

Azərbaycanda sənədli filmin inkişafı və dəstəklənməsi məqsədlərini güdən “DokuBaku”-nun, hər il olduğu kimi, bu il də münsiflər heyəti 2 tərkibdən, yerli və əcnəbi kino nümayədələrindən ibarətdir.

 

Qalib filmlərin seçiminin yetəri qədər çətin və məsuliyyətli olduğunu deyən Helen Gerritsen də yerli filmlərin növbəti illərdə daha çox olacağına ümidli olduğunu bildirib. 

 

Festivalın qapanış mərasimi zamanı yerli kino həvəskarları ilə yanaşı dövlət və diplomatik nümayəndələr iştirak etmişdi. Qapanış mərasimində çıxış edən Festivalın həmtəsisçisi və direktoru İmam Həsənovun sözlərinə görə, “Bu ilki festival digər illərdən fərqi, daha doğrusu, festivalın inkişafı özünü gözəglimli şəkildə göstərə bildi. Bu həm xarici qonaqların ilk illərə nisbətdə, həm də onlar üçün yaradılmış münbit şərait və əsasən də filmlərin keyfiyyətinin daha yüksək olmasında özünü biruzə verdi”.

 

Bundan başqa, festivalın direktoru İmam Həsənov gələn ilin mövzusunu tamaşaçılara açıqlayıb və növbəti “DokuBaku2020”nin möhtəşəm olacağını söyləyib.

 

Festival bitsə də DokuBaku filmsevərləri sevindirməyə davam edəcək. Belə ki, festivalın “DokuBaku  on Tour” layihəsi çərçivəsində qarşıdakı aylarda regionlarda nümayişlər etməsi gözlənilir. 

 

“DokuBakulab” layihəsi ilə isə sənədli film üzrə təhsil almaq istəyən gənclər üçün qaçılmaz fürsət olacaq. “Restart School”  ilə birgə ərsəyə gələn “DokuBakulab” sənədli film təlimlərinə qəbul elan edib.

Bu ildən etibarən başlayan “DokuBakulab” ölkədə sənədli film inkişafında öz müstəsna rolunu indidən göstərməyə başlayıb. Təlimlərdə iştirak ödənişsiz olaraq keçiriləcək. Ətraflı məlumat DokuBaku.az saytında qeyd ediləcək./oxu.az/

 

Xəbər lenti

Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

İndiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələri ləğv edildi

Bu Seçki Dairəsinin də bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayətini təmin etməyib

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Koronavirusla bağlı İrana səfər edən vətəndaşlara XƏBƏRDARLIQ

Sabah Bakıda hava çiskin olacaq

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Bu gün magistraturaya qəbul imtahanı keçirilib

Səni bu günə kim salıb, Yardımlı?..

Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb

Ümumavropa Qarabağ Mitinqi baş tutdu

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Yetmişə nə qaldı?..

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

İllər bir-birini əvəz etdikcə...

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

 

Sabah hava necə olacaq?

Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

Azərbaycan millisin hücumçusunu itirdi

Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi və komissarı ilə görüşəcək

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək