Millət vəkili: “Bu kitabı gənc qız və oğlanların oxuması vacibdir”

14:25 07-04-2018 | icon 151 | Cəmiyyət
Millət vəkili: “Bu kitabı gənc qız və oğlanların oxuması vacibdir”

“Qadınlara qarşı zorakılıqla mübarizədə cəmiyyətin səyləri artmalıdır”

 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və “Konstitusiya” Araşdırmalar Fondunun dəstəyi ilə nəşr olunmuş “Qadın hüquqlarının müdafiəsi: beynəlxalq və milli aspektlər” adlı kitabın təqdimatı keçirilib.

 

Versus.az-ın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsini, Konstitusiya Araşdırmalar Fondunu, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevi və kitabın bütün müəlliflərini təbrik edib, kitabın böyük əhəmiyyətindən danışıb və universtetlerimizdə geniş yayılması təklifi ilə çıxış edib.

 

Bu kitabı gənc qızların və oğlanların oxumasının vacibliyini vurğulayan millət vəkili Q.Paşayeva qadınlara qarşı bütün növ zorakılığa qarşı cəmiyyət olaraq birgə ciddi mübarizə aparmalıyıq deyib. O, Azərbaycan milli qanunvericilik sistemində qadın hüquqlarının qorunması məsələsini qeyd edərək, bildirib ki, qadın hüquqlarının müdafiəsi hər bir ölkənin inkişafında vacib bir indikatordur:

 

“Bu istiqamətdə maarifləndirmə materiallarının, dərs vəsaitlərinin, topluların nəşr olunaraq ictimaiyyətə təqdim olunması çox önəmli addımlardandır. Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutması vacibdir. Gender bərabərliyi, qadınların dövlətin və cəmiyyətin idarə olunmasında rolunun artırılması, qadınların cəmiyyətin bütün sahələrində, o cümlədən biznesdə də rolunun genişləndirilməsinə dəstək, qadınlara qarşı bütün növ zorakılıq hallarına qarşı kəskin mübarizə aparılması Azərbaycan dövlətinin prioritetləri sırasındadır”.

 

Millət vəkili Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar və görülən işlərdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük xidmətlərini xüsusi vurğulayıb. Azərbaycanda qadınlara seçki hüququnun hələ 1918-ci ildə verildiyini qeyd edən Qənirə Paşayeva bununla Azərbaycanın nəinki Şərqdə, həm də dünyanın bir sıra ölkələri ilə müqayisədə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətlərdən biri olduğunu söyləyib:

 

“Gender bərabərliyi məsələsinə diqqətimizi daha da artırmalıyıq. Ailələrdən, məktəblərdən başlamalıyıq maarifləndirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə. Dövlət qurumları, Qeyri-hökumət təşkilatları, mətbuat bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik. Ailələrimizdə böyüyən uşaqlar bu ruhda tərbiyə edilməlidir. Uşaqlarımız qadına qarşı zorakılıq ən böyük insan haqları pozuntusudur deyə tərbiyə edilməlidir. Biz hamımız öz ətrafımızdan başlamalıyıq. Ailələrdən başlamalıyıq. Bağçalardan, məktəblərdən başlamalıyıq maariflənirməyə, uşaqları bu istiqamətdə öyrətməyə, tərbiyə etməyə”.

 

Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçdiyini vurğulayan millət vəkili qadın haqlarının müdafiəsi, qadıbnların cəımiyyətdə rolunun genişlənməsinin vacibliyi mövzusunda ziyalı kişilərimiz də qadınlarımızla birlikdə maarifləndirmədə fəal olmaldıır və onları buna çağırıram deyib. Bu kitabı yazanların yarısının kişi olması çox sevindirici amildir deyən millət vəkili Q.Paşayeva qadınların təhsilli, fəal olduğu cəmiyyət inkişaf edən cəmiyyətdir və hamımız bunun üçün daha çox çalışmalıyıq deyib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi