BANM Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır

15:13 09-10-2019 | icon 91 | Təhsil
BANM Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov 2019-cu ildə BANM-ə daxil olmuş və göstərdikləri yüksək nəticələrə görə Prezident təqaüdünə layiq görülmüş tələbələrlə görüşüb.

 

Rektor Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsinin bu təqaüdə layiq görüldüyünü qeyd edib. O Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayının 150 nəfərə çatdığını bildirib.

 

E.Qasımov indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda Bakı Ali Neft Məktəbinin maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunduğunu deyib.

 

“Müvafiq Sərəncamla, bu il ümumilikdə, 102 nəfər Prezident təqaüdçüsü adını qazanıb. Ali Məktəbimizin 23 Prezident təqaüdçüsündən 15 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 5 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 2 nəfər “Kimya mühəndisliyi” ixtisasını, 1 nəfər isə “Neft-qaz mühəndisliyi” ixtisasını seçib”, - deyə E.Qasımov əlavə edib.

 

E.Qasımov hər bir təqaüdçünün ən ali səviyyədə göstərilən bu etimadı doğruldacağına əminliyini ifadə edib. Eyni zamanda, o Prezident təqaüdçülərinin Ali Məktəbə olan marağını yüksək qiymətləndirib və tələbələrin bu önəmli seçiminin onların gələcək karyerasında böyük rol oynayacağını vurğulayıb.

 

Prezident təqaüdçülərinin bu uğurunda orta təhsil müəssisələrinin, müəllimlərin və valideynlərin də xüsusi zəhməti olduğunu xatırladan rektor gələcək dərslərində tələbələrə müvəffəqiyyətlər arzulayıb.

Tələbələr isə onların təhsil almaları üçün yaradılmış yüksək şəraitə görə minnətdarlıqlarını bildiriblər.

 

Qeyd edək ki, BANM-in Prezident təqaüdçülərinin 9-u qız və 14-ü oğlandır. Təqaüdçülər ixtisas seçimində “İnformasiya təhlükəsizliyi” ixtisasına üstünlük veriblər. Təsadüfi deyil ki, bu ixtisas respublika üzrə ən yüksək keçid balı ilə “İlin ixtisası” olub. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası da ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisas kimi qeydə alınıb.

 

Versus.Az

Xəbər lenti

Koronavirus şübhəsi ilə xəstəxanaya daha iki nəfər yerləşdirilib

Həkim müşahidələri davam edir

Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələri ləğv edildi

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Bu DSK cəzalandırılacaq

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Başqa alternatimiviz qalmayacaq

Ermənilərin diversiya cəhdinin qarşısı alınıb, bir hərbçimiz şəhid olub

Yaşayış binasında baş verən yanğın söndürülüb

“Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi"

Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

Maksim Medvedev “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib

Risk qrupuna daxil olan şagirdlərlə bağlı fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb

“İşğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır”

Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub

Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələrə başlanılıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Yetmişə nə qaldı?..

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

İllər bir-birini əvəz etdikcə...

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

Övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Sabahın hava proqnozu