Həkim-cərrah Səudiyyə Kralına müraciət etdi! 

15:31 09-10-2019 | icon 158 | Cəmiyyət
Həkim-cərrah Səudiyyə Kralına müraciət etdi! 

Evi “Regal” MTK adlı tikinti şirkəti tərəfindən qanunsuz olaraq uçurulan və kompensasiya verilməyən tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvü Qafar Bədəlxan oglu İskəndərov haqqının bərpa olunması istiqamətində mübarizəsini ölkə sərhədlərindən kənara çıxarıb. Belə ki, həkim-cərrah problemi ilə bağlı uzun illər ərzində çalışdığı ölkənin rəhbərinə – Səudiyyə Ərəbistanının Kralına müraciət edib.

 

Onun Krala yazdığı məktub bardı məlumat verməzdən ömcə xatırladaq ki, Qafar İskəndərovun Bakı şəhərində olan yeganə evi 2017-ci ilin may ayının 16-da tikinti şirkəti “Regal” MTK-nın rəhbərliyi və sahibləri tərəfindən razılaşma və müvafiq məhkəmə qərarı olmadan uçurulub, yerlə bir edilib.

Versus.AZ xəbər verir ki, Qafar İskəndərov Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Açıq məktub və müraciət“AzPolitika.info” saytında dərc edilib. Bir qədər əvvəl isə məhkəmələr tərəfindən də hüquqları pozulan həkim-cərrah Milli Məclisin sədrinə və deputatlara müraciət etmişdi. Ancaq həllik hər hansı müsbət dəyişiklik baş verməyib.

 

Məktub və müraciətlərinin ölkə rəhbərliyinə çatdırımadığı qənaətində olan Qafar İskəndərov bunu uzun müddət həkim kimi çalışdığı Səudiyyə Ərəbistanının Kralı vasitəsilə reallaşdırmaq niyyətindədir.  Onun bu məqsədlə Səudiyyə Ərəbistanının Kralına yazdığı və bir nüsxəsini “AzPolitika.info”-ya təqdim etdiyi müraciətdə bildirilir:

king-salman

“Bismillahir–Rəhmanir-Rəhim
“Hörmətli Səudiyyə Ərəbistanı Kralı! İki müqəddəs məscidin xadimi!
Əlahəzrət  Salman  Bin  Əbdüləziz  Əl  Səud!

Mən, İskəndərov Qafar Bədəlxan oğlu bir neçə il Səudiyyə Ərəbistaninda  ümümi və laparoskopik cərrah – Konsultant olaraq çalışıb yüksək əmək haqqı almışam. Sizin ölkənizdə bir ildə aldığım əmək haqqını Azərbaycanda əldə etmək üçün ən azı 51 (əlli bir) il işləmək lazımdır və bu əmək haqqını bir yerdə toplamaq  üçün isə bir  insan ömrü yetməz. Yüksək əmək haqqı verdiyinizə görə və azərbaycanlı həkimlərin ölkənizdə çalışmasına şərait yaratdığıniz üçün ƏLAHƏZRƏT Sizlərə, Sizin simanızda ölkənizin Səhiyyə Nazirliyinə və ümümilikdə Səudiyyə Ərəbistanının bütün vətəndaşlarına özüm və orada çalışan həkimlər adından dərin minnətdarliğımı bildirir, Sizlərə uzun ömürlər və can sağlığı arzu edirəm. Allah Səudiyyə Ərabistanının sərvətlərini daha da bol etsin. Amin!
Allah Sizlərin hər zaman yardımçısı olsun! Amin !

Möhtərəm Zati-Həzrətləri!

Sizə bu məlumatlarla narahat etdiyim üçün  öncədən üzr istəyir, bildirmək istəyirəm ki, bu, artıq mənə olunan zülm qarşısında aciz və köməksiz qalmağımla bağlıdır. Məlumat olaraq nəzərinizə çatdırmaq istəyirəm ki, 2016 – 2017 ci illərdə Səudiyyə Ərəbistanının Hafer Al Batin şəhərində həkim-cərrah-konsultant işlədiyim zaman Azərbaycan Respublikası, Bakı şəhəri, N.Yusifbəyli 25/27 ünvanında yerləşən iki mərtəbəli  yeganə evim Nəsimi rayon icra başçısı Asif Əsgərovun razılığı ilə Regal MTK sirkətni tərəfindən  mənim razılığım və xəbərim olmadan qanunsuz, heç bir məhkəmə qərarı olmadan sökülmüş, əşyalarım talan edilmişdir. Səudiyyə Ərabistanında halal zəhmətimlə qazandığım əmək haqqını cinəyətkar qruplaşma – Regal MTK sirkəti Azərbaycan Respublikasının  hüquq-mühafizə orqanlarının ( polis, prokurorluq, hakimlər, millət vəkili və icra başçısı ) himayədarlıqları ilə əlimdən alıb. Çox təəssüflər olsun ki, evimi sökənlər “seyid“ və Həcc ziyarətini edən “Hacılardır”.

Möhtərəm Zati-Həzrətləri !

Azərbaycanda özlərini “seyid” adlandıran şəxslər mövcuddur ki, bunlar da özləriniPeyğənbərin ( Ona Uca ALLAHın salamı olsun ) övladları adlandırırlar. Səudiyyə Ərabistanında – müqəddəs torpaqlarımızda nə qədər  Peyğəmbər nəslindən olanlar yaşayırlar. Amma mən orada özünə  “seyid“  deyən şəxslərə rast gəlmədim. Mən Səudiyyə Ərabistanında rüşvətin  nə olduğunu və bu cür qanunsuzluqları görmədim. MəgərPeyğəmbər ( Ona Uca ALLAHın salamı olsun)  bizim ölkəmizdə olan “seyidlərə”başqasının evini yıxın, suyunu, yolunu, işığını  kəsin deyə (Əstağfürullah) bunlara göstərişmi vermişdir? Şirkətin digər  titullu nümayəndələri “ hacılardır” ki, bunlar da başqasının evini yıxan, suyunu, işığını və yolunu kəsənlərdir…

 Bu “hacılar” və  “seyidlər” haqqında Allah bilən məsləhətdir. Əlbəttə ki, bu qanunsuzluqların Sizin ölkənizlə heç bir əlaqəsi yoxdur. Lakin bu hadisəni Sizə çatdırmağa məni məcbur edən 3 il müddətində Azərbaycan Respublikasının hüqüq-mühafizə (polis ,prokurorluq) orqanlarının biganəliyi, məhkəmə sisteminin  süründürməçiliyi  və Azərbaycan Respublikasınin heç bir qanunlarına istinad edilməyən qərəzli, yanlış qətnamələr çıxarması, yerli  icra hakimiyyərlərinin özbaşınalığı (Nəsimi rayon icra başçısı Asif Əsgərovun, Nəsimi rayon prokuroru  “hacı“ Salman Məmmədlinin), mənim konstitusion hüquqlarımın tapdalanması və eyni zamanda da müraciətlərimin Azərbaycan Respublikasının Prezidentinə və  1-ci Vitse Prezidentinə  çatdırılmaması olmuşdur. Mən məsələnin  aşağıda göstərdiyim media orqanları vasitəsilə dövlət rəhbərliyinə çatdırılmasına çalişsam da, təəssüf ki buna nail ola bilməmişəm (linkləri müraciətin sonunda verilib).

Hörmətli Səudiyyə Ərəbistanı Kralı! İki müqəddəs məscidin xadimi!
Möhtərəm Zati-Həzrətləri !

Əslində, Sizi, aid olmayan məsələlərlə narahat edir və qiymətli vaxtınızı alıram, buna görə üzrümü qəbul edecəyiniz ümüdindəyəm. Lakin Möhtərəm Zati-alilərinizə müraciət etmək məcburiyyətindəyəm. Sizdən xahişim budur ki, başıma gələn bu hadisənin Azərbaycan Respublikasının  Prezidenti və I Vitse Prezidentinə çatdırilmasında mənə köməklik edəsiniz.
ALLAH SİZLƏRİN HƏR ZAMAN  YARDIMÇISI OLSUN! AMİN!

Dərin Hörmət və sayğılarla
Ümümi və laparoskopik cərrah-konsultant Qafar İskəndərov (tel:  +994557522249 ;   whats app +79167559404) “

 

Versus.Az

Xəbər lenti

Koronavirus şübhəsi ilə xəstəxanaya daha iki nəfər yerləşdirilib

Həkim müşahidələri davam edir

Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələri ləğv edildi

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Bu DSK cəzalandırılacaq

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Başqa alternatimiviz qalmayacaq

Ermənilərin diversiya cəhdinin qarşısı alınıb, bir hərbçimiz şəhid olub

Yaşayış binasında baş verən yanğın söndürülüb

“Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi"

Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

Maksim Medvedev “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib

Risk qrupuna daxil olan şagirdlərlə bağlı fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb

“İşğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır”

Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub

Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələrə başlanılıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Yetmişə nə qaldı?..

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

İllər bir-birini əvəz etdikcə...

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Sabahın hava proqnozu