"Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir"

11:12 10-10-2019 | icon 105 | Siyasət
"Çinlə əməkdaşlıq region üçün böyük əhəmiyyətə malikdir"

Azərbaycan ilə Çin Xalq Respublikası arasında əməkdaşlıq sürətlə inkişaf edir.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası işçi qrupunun üzvü Eldəniz Səlimov deyib.

 

Onun sözlərinə görə, Çin ilə Azərbaycan arasındakı əlaqələrin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətinin iştirakı ilə “TRACECA-Tarixi İpək Yolunun Bərpası” ilə əlaqədar keçirilən konfransda qoyulub.

 

Deputat bildirib ki, Azərbaycan-Çin əməkdaşlığının inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirib:

"Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verdilər. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-Çin münasibətlərinin daha da inkşaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır".

 

E.Səlimov hesab edir ki, “Bir Kəmər, Bir Yol” təşəbbüsü nəqliyyatda yeni imkanların yaradılmasına, ticarət, turizm, xalqlararası münasibətlər, Avroasiya məkanında sabitlik, təhlükəsizlik və sülhün bərqərar olmasına xidmət edir:

"Azərbaycan ilə Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq region üçün çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya ilə Avropanı birləşdirən nəqliyyat dəhlizidir".

 

Milli Məclisin üzvü əlavə edib ki, Azərbaycan Çinin Avroasiya məkanında əməkdaşlıq üzrə əsas tərəfdaşlarından biridir./Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi