Armudun bilinməyən faydaları - xərçəngin qarşısını alır

14:26 10-10-2019 | icon 184 | Sağlamlıq
Armudun bilinməyən faydaları - xərçəngin qarşısını alır

Armud ən faydalı meyvələrdən biridir. Armudun tərkibində vitaminlər, minerallar, qidali liflər, orqanik turşular və s. faydalı maddələr var.

 
 
Versus.Az Medicina.Az-a istinadən xəbər verir ki, hələ qədim zamanlardan çinlilər armud meyvəsini – uzunömürlülük simvolu adlandırırdılar, çünki armud ağacı digər meyvə ağaclarından daha uzun ömür sürür. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir.
 
 
- Armud arıqlamağa kömək edir. Zəngin lif mənbəyi olan armud uzun müddət tox tutmağı təmin edir. 
 
- Xərçəngin qarşısını alır. Anti-kanserogen xüsusiyyətləri ilə mümkün xərçəng hüceyrələrinin meydana gəlməsinin qarşısını alır.
 
- Tərkibindəki  antioksidanlar sayəsində soyuqdəymə, qrip və qrip kimi xəstəliklərə qarşı toxunulmazlığı güclü saxlayır.
 
- Həzm sisteminə müsbət təsir edir. 
 
 
- Ürək sağlamlığı üçün faydalıdır və qan artırır. Kaliumla zəngin olduğu üçün ürək sağlamlığı üçün faydalıdır. Digər tərəfdən, bədənin hər tərəfində qan dövranını gücləndirir.
 
- Sümükləri gücləndirir. Armuddakı minerallar sümükləri möhkəmləndirir.
 
- Diabetik xəstələr üçün tövsiyə olunur. Ümumiyyətlə  həkimlər  armudu diabet xəstələrinin qida rasionlarına  salmalarını məsləhət görür.
 
- Yüksək qan təzyiqinin qarşısını alır. Nəfəs darlığı üçün yaxşıdır. Qızdırmanı aşağı salır. 
 
 
- Armudda fol turşusu (B9 vitamini) çoxdur. Bu vitamin insanın qanyaratma sistemi üçün çox vacibdir. Həmçinin fol turşusu hamiləlik zamanı ən vacib vitamin sayılır. Bu vitamin döldə anadangəlmə qüsurların inkişafının qarşısını alır.
 
- Armud K vitamini ilə zəngindir. K vitamini damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
 
- Armud kişilər üçün çox faydalıdır. Xalq təbabətində armud kompotu və armud çayı prostatit zamanı və bu xəstəliyin profilaktikası məqsədi ilə istifadə olunur.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar