"Ege Hospital"a yeni Baş direktor təyin olundu

15:06 10-10-2019 | icon 181 | Sağlamlıq
"Ege Hospital"a yeni Baş direktor təyin olundu

"Ege Hospital"a yeni Baş direktor təyin olunub.

 

Samir Şükürov 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakultəsini bitirmişdir. 2011-2015-ci ildə Türkiyə Cümhuriyyəti Bezmialem Vakıf Universiteti Endokrinologiya və Metabolizma xəstəlikləri kafedrasında təhsil almışdır. Doktor Samir Şükürov, Əziz Əliyev adina Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının doktorantı, Türkiyə Endokrinoloji və Metobolizma Dərnəyinin – Fəxri üzvü, Amerika və Avropa Endokrinologiya cəmiyyətinin – həqiqi üzvüdir. Xarici və yerli jurnallarda çap olunmuş bir çox məqalələrin müəllifidir.

 

Qeyd edək ki, S.Şükürov – həkim endokrinoloqdur. Bu vəzifədən öncə HB Güvən klinikasının endokrinologiya şöbəsinin müdiri və daha sonra Baş həkimi vəzifəsində çalışıb. Hal-hazırda Ege Hospitalda Baş direktor vəzifəsini icra edir.

 

Türkiyə və Azərbaycanın sayılıb seçilən professor, dosent, uzman həkimlərinin fəaliyyət göstərdiyi Ege Hospital hər zaman güclü, sağlam işçi heyəti, xəstə məmnuniyyəti, tibb texnalogiyasındakı ən müasir avadanlıqları ilə tibbin bütün sahələrində fəaliyyət göstərib və çox müəssisələrdən seçilib.
Samir Şükürovun Ege Hospital komandasına daxil olması ilə xəstəxanamız daha böyük nailiyyətlərə imza atacaq.

 

Baş direktor S.Şükürov bildirib ki, perspektiv planımız xəstəxanamızda Tibb sektorunun ən son nailiyyətlərini tətbiq etmək, tək ölkə ərazisində deyil, həm də ölkə xaricindən insanların müalicə üçün bizə üz tutmasını təmin etmək və yüksək peşəkarlıqla xalqımıza xidmət göstərməkdir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?