Azərbaycan xalq mahnılarının sayını bilirdiniz?

19:25 10-10-2019 | icon 127 | Mədəniyyət
Azərbaycan xalq mahnılarının sayını bilirdiniz?

Xalqın oxuduğu, həmişə eşitməyə ehtiyac duyduğu kütləvi musiqi janrlarından biri də  mahnıdır. Azərbaycan xalqının həyatı, mübarizəsi, duyğuları, sevinc və kədəri xalq mahnılarında öz əksini tapıb. Xalq mahnılarında xalqın yüksək mənəviyyatı - onun ümid və arzuları, əhval-ruhiyyəsi milli ideyaları tərənnüm olunur.



Maraqlıdır, Azərbaycanda nə qədər xalq mahnısı var? Konkret bir rəqəm göstərilirmi?

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov bunları söyləyib:


“Azərbaycan xalq mahnılarından ibarət 3 məcmuə hazırda Azərbaycan Milli kitabxanasında saxlanılır. Xalq mahnılarını sistemli şəkildə ilk dəfə 1932-ci ildə  SSRİ xalq artisti Bülbül işləməyə başlayıb. O vaxtı metodkabinə deyilən bir kabinə vardı. Bülbül Asəf Zeynallı ilə birlikdə bütün  kəndləri  gəzib, xalq mahnılarını toplayıblar. Üç böyük dahi bəstəkar Səid Rüstəmov, Tofiq Quliyev və Fikrət Əmirov bu mahnıların hamısını nota köçürüblər.


1958-ci ildə Bülbülün tərtibatında xalq mahnılarının I cildi çapdan çıxıb. Bunun ardıca II cild də çapa verilib. Hər iki cilddə ümumilikdə 230 xalq mahnısının olduğu qeyd oedilib.


Ancaq Bülbül kitabın girişində belə qeyd edib ki, “Ağalar bəy Əlverdibəyov bizə 600-dən artıq xalq mahnısının olduğunu söyləyib. Təəsüf ki, biz o mahnıların hamısını əldə edə bilməmişik”.


Bülbül bunları qeyd etdikdən sonra yazıb ki, məhz bu məsələ onda qəti qərar yaratdı ki, gedib bütün bölgələri gəzib xalq mahnılarının dəqiq sayını müəyyənləşdirsin”.


Kərim Tahirovun sözlərinə görə Bülbül ilk səfərini Qarabağa, xüsusilə də Şuşa bölgəsinə edib. Daha sonra Gürcüstana, ordan da bütün Azərbaycanı gəzib.


“Səid Rüstəmov özü 1967-ci ildə xalq mahnılarından ibarət bir məcmuə çap etdirib. Məcmuədə Cabbar Qaryağdıoğlunun ifasında 400-dən artıq mahnının qeyd olunduğu bildirilir. Hətta Səid Rüstəmov məcmuədə  yazıb ki, mən bütün xalq mahnılarının dəqiq sayını qeyd etmişəm və onları nota köçürmüşəm. Konkret nə qədər xalq mahnısının olması barədə bizdə bir statistik rəqəm yoxdur. Ancaq Ağalar  bəy Əliverdibəyovun sözlərindən çıxış edərək deyə bilərəm ki, təxmini də olsa, 600  xalq mahnısı  olduğu dəqiqdir”, - deyə Kərim Tahirov bildirib”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO