Azərbaycanda qadın süd vəzilərinə banka qoydu – FOTO

00:15 11-10-2019 | icon 263 | Sağlamlıq
Azərbaycanda qadın süd vəzilərinə banka qoydu – FOTO

Azərbaycanda bu vaxta qədər görülməyən türkəçarə metodu bu dəfə radioloq-mammoloq Günel Qəmbərovanın tibbi praktikasında rast gəlinib.

 
Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, süd vəzisindən irinli qanlı ifrazat gəldiyini görən pasiyent nəhayət ki, mammoloq yanına gəlir. 
 
 Həkim müayinə zamanı gördüyü mənzərədən dəhşətə gəlir.
 
"XXI əsrdir amma yenə də belə nadir hallarla üz-üzə gəlirik. Qadın süd vəzisindəki ağrıları götürmək üçün sinəsinə banka qoyub. Nəticə süd vəzidən qanlı ifrazat gəlməyə başlayıb. Heç süd vəzilərinə banka qoymaq olarmı? Sabah görsək ki, biri banka qoyub, sonra çərtib qan çıxarıb, daha təəccüblənməyəcəm”. 
 
 
Xəstəyə dukloqrafiya – kontrastlı mammoqrafiya olunub, axarlara baxılıb. 
 
Radioloji rəy olaraq süd vəzinin axarlarının deformasiyası, xaotik düzülüşü aşkarlanıb. Digər süd vəzisində axardaxili papilomalar görüldü. 
 
Histoloji rəy olaraq axardaxili papiloma  verildi. 
 
 
Vəzilərə kortəbii, yanlış olaraq banka qoymaqla süd vəzidə təzyiqi qaldırmış, bir axar deformasiya olmuş, digər axarda isə əvvəlcə kiçik olan papilomalar böyümüşdür və axarlardan qanlı irinli ifrazat ilə yekunlaşıb.
 
 
 
Həkim süd vəzilərinə belə müdaxilələrin yolverilməz olduğunu və süd vəzilərdə patoloji dəyişikliklər yaradacağını və xəstənin vəziyyətini ağırlaşdaracağını bildirib.
 
 
Versus.Az
 
 


Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?