Dima Bilan “Eurovision-2020”də iştirak etmək eşqinə düşüb - VİDEO

07:52 11-10-2019 | icon 195 | Şou-biznes
Dima Bilan “Eurovision-2020”də iştirak etmək eşqinə düşüb - VİDEO

Rusiya televiziyasında “Alena, lənətə gəl!” tok-şousunun ilk buraxılışının qonağı 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsində Rusiyaya qələbə qazandıran müğənni Dima Bilan olub. Dima verlişdə müsabiqədə yenidən iştirak edə biləcəyindən bəhs edib. 

 

Versus.Az xəbər verir ki, sözügedən proqramın aparıcısı, jurnalist Alyona Jigalovanın, Rusiyanın hər il "ən yaxşı musiqi güclərini" göndərərək, 11 il ərzində yenidən qalibiyyət əldə etmədiyinin səbəbləri haqqında sualına cavab verən Dima, qələbəni "bir çox amillərin birləşməsi" ilə əlaqələndirib:

“Bu müsabiqə rus ruletkası kimidir. Orada hər şey üst-üstə düşməlidir!"

 

Bilan “Eurovision”daki  Sergey Lazarevin çıxışını “mükəmməl” qiymətləndirib. Sənətçinin fikrincə yarışmaya sevgi balladası əvəzinə “rəqs” və hətta “aşağı səviyyəli musiqi” göndərilməsinin təraftarı olduğunu söyləyib. 

 

Bilan onu da vurğulayıb ki, Rusiyadan “Eurovision” iştirakçısını seçmək üçün xalq səsverməsi tətbiq olunmalıdır. Əgər xalq səsverməsini nəzərə alsaq, görəsən üçüncü dəfə bu yarışmaya getməyimin bir həddi varmı? Bilan bu cümlə ilə bu fikri ictimaiyyətə mesaj kimi çatdırdığı bildirmiş olub.

 

Qeyd edək ki, 2006-cı ildə Dima Bilan Rusiyanı “Eurovision”-da “Never Let You Go” mahnısı ilə təqdim edib və onu qalibiyyətdən bir pillə ayırıb. 2008-ci ildə yenidən yarışmaya qatılan sənətçi “Believe” mahnısını ifa edərək birinci yeri qazanıb. Bu da Rusiyanın “Eurovision”dakı yeganə qələbəsidir.

 

Qeyd edək ki, “Eurovision-2020” mahnı müsabiqəsi gələn ilin may ayında Niderlandın Rotterdam şəhərində keçiriləcək. /Oxu.Az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?