...Fransada dərc olunsaydı, müəllifini Kort-d-Azurda villa sahibi edərdi

09:59 11-10-2019 | icon 266 | Köşə
...Fransada dərc olunsaydı, müəllifini Kort-d-Azurda villa sahibi edərdi

Yazar iş, maaş, çörək dərdi çəkirsə, ədəbiyyatdan danışa bilərikmi?

ELÇİN ALIOĞLU

 

Azərbaycanda müasir ədəbiyyat varmı? Yox. Sinirlənməyin bu sözlərimə. Müasir, yaxud modern ədəbiyyat bir neçə və ya onlarla istedadın varlığı deyil. Ədəbiyyat artıq düşüncə, yaşam tərzi ilə yanaşı, böyük biznesdir.

 

Cəmiyyətimizdə çağdaqş düşünən insanların yaradıcılığa sosial sifariş varmı? Yox. İstedadlarımızın yaşamına, halına baxın. Hər biri bir kainat dərd, problem. Onları birləşdirən bir məqam var heyhat – anlaşılmamaq dərdi.

 

Ədəbiyyat çap evlərinin və nəşriyyatların normal işi, marketinq, menecmentdir həm də. Ədəbiyyat istedadlı yazarın normal yaşamı, ən cansıxıcı və rutin məişət qayğılarından azacıq da olsa, qurtulmasıdır. Ədəbiyyat istedad sahibinin kitabının bestseller olmasıdır. Azərbaycanda əsər var ki, Fransada dərc olunsaydı, müəllifini Kort-d-Azurda villa sahibi edərdi.

 

Fəqət, bizdə ən yaxşı halda tiraj 2-3 mindən artıq olmur. Nəşriyyatları qınamayın, kitabların bahalığından şikayətlənməyin. Kitab hər yerdə bahadır. İstedad bahalı iş olduğuna görə.

 

Bizdə gözəl yaradıcılıq var, fitri istedadlar, nadidə zehin və qələm sahibləri var. Bizdə biliyi və fəhmi ilə Parisdə yazarlara mühazirə deməyə layiq insanlarımız var. Orta nəsil mənsubları da var aralarında – amma gənclər daha çoxdur. Tanınmış yazarlar bəlli – onlar özlərinə və sözlərinə yer ediblər.

 

Gənclərin parlayan ulduzlarının sayrışması, sönməməsi üçün nə edirik? Sosial şəbəkələrdə onları tərifləmək, kitab təqdimatına yollanmaq asandır. İstedadı çərlətməmək, dəli etməmək, qəbilə qanunlarına riayət etməyə çağırmamaq çətindir. İstedada layiq olduğu dəyəri və yeri vermək, qələm sahibinin, zehn yiyəsinin normal yaşamının təminatı üçün şərtlər yaratmaq çətindir. Yazar iş, maaş, çörək dərdi çəkirsə, ailə fərdlərinin ruzisini təmin etmək üçün Şarikov tipli birisinin göstərişlərini yerinə yetirərək gündəlik hərf toplusu istehsalına vadar olursa, fikrinə və mövqeyinə görə qurd bileti alırsa, fərqli düşündüyünə görə hədəfə dönürsə – ədəbiyyatdan danışa bilərikmi?

 

Yazarlar ayrı, yaradıcılıq ayrı, ədəbi proses ayrı, ədəbiyyat ayrı. İndi lütfən, düşünək və görək ki, yazarlarımızın yaza bilməsi üçün nə edirik, yaxud onların yazmaması üçün etdiklərimizdən əl çəkməyə hazırıqmı…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

Cəbhədə gərginlik

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb