Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək

14:39 11-10-2019 | icon 103 | Siyasət
Seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək

Qarşıdan gələn bələdiyyə seçkilərində məntəqə seçki komissiyalarını narahat edən bütün məsələlər vaxtında, operativ şəkildə həll ediləcək.

 

Versus.Az xəbər verir ki, bunu Daxili İşlər nazirinin müavini Oruc Zalov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

 

Onun sözlərinə görə, bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdəndir:

"Azərbaycan bu gün cinayətlərin ən az baş verdiyi ölkələrdəndir. Bunun nəticəsidir ki, ölkəmizdə hər il onlarla beynəlxalq tədbir keçirilir və təhlükəsizlik baxımından heç bir problem yaranmır".

 

O.Zalov bildirib ki, səsvermə hüququ olan şəxslərin şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məsələsi nəzarətdə saxlanılır.

 

Nazir müavininin sözlərinə görə, seçkilərdə seçki bülletenləri yerlərə vaxtında çatdırılacaq, səsvermədən sonra isə onların müvafiq yerlərə çatdırılması da təmin ediləcək.

 

O.Zalov əlavə edib ki, seçkilərdə kimlərinsə məntəqələrin işinə mane olmasına imkan verilməyəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil