İlk dəfə keçiriləcək yarışda Azərbaycanın bayraqdarı bilindi

17:33 11-10-2019 | icon 105 | İdman
İlk dəfə keçiriləcək yarışda Azərbaycanın bayraqdarı bilindi

Bu gündən Qətərin paytaxtı Dohada ilk dəfə keçiriləcək Dünya Çimərlik Oyunları start götürüb.

 

Versus.Az xəbər verir ki, Oyunlarda bu gün qadın və kişi çimərlik həndboluna start verilib. Həmçinin, bu gün çimərlik futbol matçlarının keçirilməsi də nəzərdə tutulub. 

 

Sabah isə açılış mərasimi olacaq. Nümayəndə heyətimizin sayı, açılış mərasimi və bayraqdarımızın kimliyi barədə Azərbaycanın bu yarışdakı şef-de-missionu, Milli Olimpiya Komitəsinin İdman şöbəsinin müdiri Həsənağa Rzayevə sualımızı ünvanladıq:

“İdmançı, məşqçi və komanda rəsmilərindən ibarət nümayəndə heyətimiz 15 nəfərdir. Bundan başqa, bu yarışı təşkil edən Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında Milli Olimpiya Komitəsininin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katibin müavini Azər Əliyev də iştirak etmək üçün bizimlədir. Baş Assambleya 17-18 oktyabrda keçiriləcək. 

Bizim bayraqdarımız çimərlik güləşi üzrə millimizin üzvü Oyan Nəzəriani olacaq. O, ötən ay Xorvatiyanın paytaxtı Zaqrebdə çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinin qalibi adını qazanıb. Amma açılış mərasimi zamanı parad olmayacaq. Yalnız hər ölkənin bayrağını daşıyan idmançılar yürüş edəcək. Açılış mərasiminin keçirilməsi bir saat nəzərdə tutulub. Onun başlanma saatına sabah keçiriləcək iclasda aydınlıq gələcək.

Güləşçilərimiz və triatlonçularımız bu gecə Dohaya gələcək. Karateçimiz Roman Heydərov isə artıq Qətərdədir və sabahkı yarışına hazırlaşır”.

 

Qeyd edək ki, bu yarış əvvəl ABŞ-ın San Dieqo şəhərində keçirilməli olsa da, sonradan məkan müəyyən səbəblərdən Dohaya dəyişdirilib. Azərbaycan I Dünya Çimərlik Oyunlarında 13 idman növündən üçündə təmsil olunacaq.

 

97 ölkənin idmançılarının qatıldığı yarışda Azərbaycandan ilk olaraq karatenin kata növü üzrə çıxış edəcək Roman Heydərov yarışacaq. O, sabah qrupdan çıxacağı halda oktyabrın 13-də medal uğrunda digər mərhələlərdə mübarizə aparacaq.

 

Daha sonra oktyabrın 14-də triatlonun akvatlon (üzmə, velosiped sürmə və qaçışdan ibarət multiidman) növü üzrə Rostislav Pevtsov və Kseniya Levskovskaya mübarizə aparacaq. Hər iki ukraynalı legionerimiz elə həmin gün fərdi yarışlarda medal qazanmağa çalışacaq.

 

Güləşin çimərlik növü üzrə Pənah İlyaslı (-70 kq) və Kənan Əliyev (-90 kq) də ayın 14-də mübarizəyə qoşulacaq. Oktyabrın 15-də isə digər iki güləşçimiz – İbrahim Yusubov (-80 kq) və Oyan Nəzəriani (+90) mübarizəyə qoşulacaq. Güləşdə bütün medalçıların sahiblərinə idmançıların mübarizəyə qoşulduğu gün aydınlıq gələcək.

 

Versus.Az

Xəbər lenti

Əfqanıstan da koronavirusla əlaqədar İranla əlaqələri dayandırıb

İndiyə qədər İranda 43 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

Fəzail Ağamalının lider olduğu dairədə 11 seçki məntəqəsinin nəticələri ləğv edildi

Bu Seçki Dairəsinin də bir seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb

43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb

MSK 11 saylı Qaradağ Seçki Dairəsi ilə bağlı şikayəti təmin etməyib

MSK Müsavat Partiyasının deputatlığa namizədinin şikayətini təmin etməyib

Magistraturaya qəbul imtahanının nəticələri 3 gün ərzində açıqlanacaq

Koronavirusla bağlı İrana səfər edən vətəndaşlara XƏBƏRDARLIQ

Sabah Bakıda hava çiskin olacaq

İranla sərhəddə zəlzələ nəticəsində Türkiyədə 7 nəfər ölüb, 5 nəfər yaralanıb

Ermənistan silahlı bölmələri atəşkəsi 21 dəfə pozub

Bu gün magistraturaya qəbul imtahanı keçirilib

Səni bu günə kim salıb, Yardımlı?..

Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb

Ümumavropa Qarabağ Mitinqi baş tutdu

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Yetmişə nə qaldı?..

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Fuad Əliyev ALDP-nin növbədənkənar Qurultayın çağırılmasını istəyir

İllər bir-birini əvəz etdikcə...

Milli Məclisə seçkilərlə əlaqədar bu müddət maksimum fevralın 18-də başa çatır.

 

 

Sabah hava necə olacaq?

Qaradağlı faciəsinin qurbanları anılıb - FOTO

Azərbaycan millisin hücumçusunu itirdi

Elmar Məmmədyarov Aİ-nin ali nümayəndəsi və komissarı ilə görüşəcək

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək