Aİİ tələbələri Təhsil Sərgisində olublar

11:11 12-10-2019 | icon 115 | Təhsil
Aİİ tələbələri Təhsil Sərgisində olublar

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri Bakı Ekspo Mərkəzində keçirilən XIII Beynəlxalq Təhsil Sərgisini ziyarət ediblər.

 

Aİİ-dən Versus.Az-a verilən məlumata görə, gənclər sərgidə İlahiyyat İnstitutunun və digər ali təhsil müəssisələrinin stendlərinə baş çəkib, təqdim olunan yeniliklərlə yaxından tanış olub, həmçinin xarici universitetlərin nümayəndələri ilə əlaqə quraraq, təhsil barədə ətraflı məlumatlar əldə ediblər.

 

Qeyd edək ki, XIII Beynəlxalq Təhsil Sərgisi gənclər, təhsil müəssisələri və şirkətlər arasında ünsiyyət üçün mühüm platformadır və yeni imkanlar yaratmaqla yanaşı, həm də maraqlı və perspektiv layihələri gündəmə gətirir.

 

Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu XIII Beynəlxalq Təhsil Sərgisində debüt edir. Ziyarətçilər sərgidə ali təhsil müəssisəsində ixtisaslar, təqaüd proqramları, ödənişsiz təhsil imkanları, İnstitutun beynəlxalq əlaqələri, xarici universitetlərlə bağlanılmış müqavilələr, müəssisədə keçirilən tədbirlər, konfranslar, həmçinin əldə olunan nailiyyətlər haqqında geniş məlumat ala bilərlər. Həmçinin onlar İnstitutun fəaliyyətini əks etdirən Azərbaycan, rus, ingilis və ərəb dillərində kataloq, broşür və bukletlərlə; mətbu nəşrləri – “Din araşdırmaları” jurnalı, “İlahiyyatçı” qəzeti, “İlahiyyat” jurnalı; konfrans materialları və “İlahiyyat nəşrləri” adı altında layihəyə əsasən nəşr olunan ali təhsil müəssisəsi müəllimlərinin kitabları ilə tanış olmaq imkanına sahibdirlər.

 

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Sərgisi ölkəmizdə müvafiq sahə üzrə ən mühüm tədbirlərdən biridir, həmçinin peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi