Yalnız turistlər üçün internet

16:37 10-04-2018 | icon 207 | Gündəm
Yalnız turistlər üçün internet

Bakıda bir sıra hotellər turistlərə hər yerdə internetə giriş əldə edə bilmələri üçün portativ 3G/4G Wi-Fi routerləri icarəyə götürməyə imkan verən "WokiFi" xidmətini işə salıb.

 

Versus.az-ın xəbərinə görə, layihə "Azərfon" mobil operatoru ("Nar" ticarət markası), Azərbaycan Konqreslər Bürosu ilə birgə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılır.

 

Hazırda "WokiFi" xidməti "Sultan Inn Boutique Hotel", "Seven Rooms Boutique Hotel", "Sahil Hostel&Hotel", "Boulevard Side Hotel" və "Excelsior Hotel&Spa Baku" hotelləri tərəfindən təqdim olunur.

Şirkətdən bildiriblər ki, turistin sifariş etdiyi paketin dəyəri hoteldə qalmaq dəyərinə daxil edilir:

 

""WokiFi" xidmətinin üstünlüyü ondadır ki, internetə giriş ölkənin istənilən nöqtəsində hər zaman turistin əlinin altındadır. Eyni zamanda hər qurğuya 10-dək şəxs qoşula bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."