"Radikalların boykot çağırışı boşa çıxdı"

14:24 11-04-2018 | icon 237 | Siyasət
"Radikalların boykot çağırışı boşa çıxdı"

Əlisahib Hüseynov: "Namizədimiz İlham Əliyevdir"

 

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 38 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

Əlisahib Hüseynov səs verdikdən sonra partiyanın mətbuat xidmətinə açıqlama verib:

 

"Bu gün bütün seçki məntəqələrində böyük bir canlanma var. Radikal qüvvələr bu seçkini boykot etməyə çağırış etsələr də, cəhdləri boşa çıxdı. Elektorat onların çağırışlarına önəm vermədi və nəticə də göz qabağındadır".

 

DADP sədri müşahidələrinə əsaslanaraq bildirib ki, səs verməyə gələnlərin sayı çox olub:

 

"Seçicilərə qarşı hər hansı təzyiq, kənar müdaxilə də müşahidə etmədim. Hər kəs çox sərbəst şəkildə istədiyi namizədə səs verir.

Mənim və partiyamın namizədi cənab İlham Əliyevdir. Mən əminəm ki, seçkilərin nəticələri xalqımız üçün xeyirli-uğurlu olacaq”.

 

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi