Razi Nurullayev İlham Əliyevi birincilik münasibətilə təbrik edib

21:00 11-04-2018 | icon 185 | Siyasət
Razi Nurullayev İlham Əliyevi birincilik münasibətilə təbrik edib

 

AXCP sədri Razi Nurullayevin seçki BƏYANATI

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev seçki bəyanatı verib.

 

Versus.az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"Səsvermənin ilkin nəticələrinə görə, hazırkı dövlət başçısı İlham Əliyev qalibdir. Mən cənab İlham Əliyevi birincilik münasibətilə təbrik edirəm və Azərbaycanın siyasi və iqtisadi inkişafında yeni səhifə açmasını istəyirəm. Bu gün ölkəmizin hər bir vətəndaşının daha layiqli, daha xöşbəxt, daha uca yaşaması üçün resurslar var, bunun üçün də aparılan siyasi və iqtisadi islahatlar daha da dərinləşdirilməli, mövcud problemlərlə isə sistemli mübarizə genişləndirilməlidir.

 

Biz seçki kampaniyamız zamanı dedik ki, ölkədə sivil, kübar, siyasi mədəniyyətə söykənən bir siyasi mübarizənin, o cümlədən sivil iqtidar-müxalifət münasibətlərinin tərəfdarıyıq. Biz bu yöndə səylərimizi davam etdirəcəyik. Biz siyasi partiya olaraq, ölkəmizdə təkamül yolu ilə tam demokratik inkişafın tərəfdarıyıq. Dedik ki, biz 30 illik tənqidin, barışmazlığın, radikallığın ziyanını çəkmişik, xalq da bizimlə barəbər bu narahatlıqların içində olub. Onun üçün də seçdiyimiz yol, danışıqlar yolu ilə Azərbaycanda siyasi islahatları dərinləşdirmək, müxalifətin də ölkənin taleyüklü məsələlərində iqtidarla bərabər iştirakına nail olmaqdır.

 

Biz demişdik ki, əgər proqramlarımızı özümüz həyata keçirə bilməyəcəyiksə, o zaman onu seçilən namizədə təqdim edəcəyik. Əsas olan xalqın həyatını yüngülləşdirəcək proqramların həyata keçirilməsidir və biz səsləndirdiyimiz proqramların cənab İlham Əliyev tərəfindən həyata keçirilməsini istərdik. Biz də bu sahədə bütün köməklikləri göstərməyə hazırıq".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”