"Siyasi mühacir" şousu: Berlin bu gün onlarla əyləndi - Elçin Alıoğlunun yazısı

23:27 11-04-2018 | icon 271 | Gündəm
"Siyasi mühacir" şousu: Berlin bu gün onlarla əyləndi - Elçin Alıoğlunun yazısı

 

 

Berlin bu gün onlarla əyləndi

Mövcud hakimiyyətə qarşı müxalif insanların etiraz aksiyası necə olur? Xarici ölkədə yaşayan, tərk etdikləri ölkədəki hakimiyyətdən narazı olduqlarını ciddi-cəhdlə vurğulayan adamların mitinqi necə keçirilir? Bələdiyyə, parlament və ya prezident seçkilərinə etiraz edərək səfirlik binası qarşısına toplaşan insanlar nəyi, niyə və nə cür deməlidir? Və ən nəhayət, kimsədən asılı olmadığını, müstəqil və azad insan kimi davrandığını, fəaliyyətinin yalnız özü tərəfindən tənzimlədiyini vurğulayan kəsin qatıldığı, yaxud da təşkil etdiyi mitinqin formatı, görüntüsü, mahiyyəti, tələbi və məğzi nə olmalıdır?!

 

Suallar, sadəcə, ilk baxışdan cavabları dərhal ehtiva edəcək təsir bağışlaya bilər.

Di gəl, özlərini "siyasi mühacir-bloqer" adlandıranların təfəkkürünə bələd olduğumuz üçün tələsik cavaba lüzum görmürük.

 

Avropanın bir neçə ölkəsinə, daha konkret yazsaq, Hollandiyaya, Almaniyaya, Fransaya və Belçikaya sığınmış Orduxan Bəbirov, Elşad Abdullayev, Hüseyn Abdullayev, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, habelə digər sosial şəbəkə qəhrəmanları bu gün Almaniyanın paytaxtı Berlində, Azərbaycan səfirliyinin binası önündə aksiya keçirdilər. Daha doğrusu, aksiyaya cəhd göstərdilər.

Çünki sonuc, "son məhsul" məzhəkəyə daha çox bənzəyirdi.

 

Səfirlik qarşısında iki bayraq


Bu gün Almaniyada yaşayan soydaşlarımız Berlindəki səfirliyiniq qarşısında həmrəylik aksiyası keçirdilər.

Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak etdi.

Əllərində Azərbaycan bayraqlarını dalğalandıran aksiya iştirakçıları birlik və həmrəylik şüarları, Azərbaycana dəstək, anti-milli qüvvələrin fəaliyyətini tənqid edən şüarlar səsləndiriblər. Avropa Azərbaycanlıları Konqresinin (AAK) prezidenti Sahil Qasımov çıxış edərək söylədi ki, harada yaşamasından və kim olmasından asılı olmayaraq hər bir azərbaycanlı "Azərbaycan" adını uca tutmalı, vətəninə, ölkəsinə hörmət və sevgi nümayiş etdriməlidir.

İştirakçılar "Hər zaman hər yerdə səninləyik, Azərbaycan!" "Vətəndən kənarda Vətənin adını uca tutun!", "Azərbaycan Suriya deyil, olmayacaq!" "Bizim gücümüz birliyimizdədir!" "Azərbaycan qürurumuzdur, Qürurumuza toxunmayın!" "Təhqir acizlərin son silahıdır!", "Azərbaycanın dövlət simvollarını təhqir edənlərə ar olsun!" kimi şüarlar səsləndiriblər.

Normal, gərəkli, vaxtında keçirilən bir aksiya idi.

Hə, onu da yazaq ki, bu aksiyanın iştirakçıları arasında qaradərililər, bolqarlar, rumınlar, gürcülər və ya ermənilər yoxdular.

Bu, faktdır və fotolarda da görünür.

Lakin əfsuslar olsun ki, görünəni xəyalları, xəyallarını da gerçəkliklə səhv salanlar çox sadə həqiqətləri etiraf etmirlər.

Etmək istəmirlər. Sərf etmir.

Etsələr, acizliklərini, siyasətlə yox, siyasətin onlarla məşğul olduqlarını bu gün Azərbaycan bayrağını dolayıb köpüklü vətənpərvər şüarları söyləyən dilin və hələ də nələr baş verdiyini anlamayan başın olduğu  boyunlarına almış olacaqlar.

"Susmayın, qışqırın! Hanı nağara?!"

Və elə bu gün, elə həmin məkanda, sadəcə, səfirlik binasından bir qədər kənarda "siyasi mühacirlər"in yığnağı vardı. "Aksiya" adlanan toplantıya 45-50 nəfər yığışmışdı.

Halbuki Orduxan Bəbirov, Leyla Yunus, Tural Sadıqlı, Vidadi İsgəndərli və daha kimlər həftələr əvvəl bu "mitinq"i anons etmiş, "Avropada yaşayan bütün azərbaycanlılar yığışacaqlar səfirliyin qarşısına!" kəlmələrini hər gün bir neçə dəfə sosial şəbəkələrdə təkrarlamağa başlamışdılar.

Avropadakı soydaşlarımız - yığnağa qatılanlar istisna olmaqla - "aksiya"nı eyinlərinə almadılar.

Xüləs, Meydan TV-nin əvvəlcədən hazırladığı və hazırlaşdığı, Leyla Yunusun və dəstəsinin təşkilati, Elşad Abdullayev, Hüseyn Abdullayev və daha bir neçə nəfərin "pul kisəsi" rolunu oynayaraq siyasət yolunun kənarındakıların "səfər xərcləri"ni ödədikləri insanlar cəm oldular səfirliyimizin binasının önünə.

İlk pərişanlıq elə o vaxt yaşandı. Berlin polisi "siyasi mühacir"ləri binanın qarşısından kənarlaşdırıb 200 metr kənarda toplaşmağı əmr etdi.

Çünki binanın önündə soydaşldarımızın gerçək, normal aksiyası vardı.

"Tamada" Orduxan Bəbirov idi. O, həmişəki avazında, dəyişməyən ladında idi və aylardan bəri "Ey mənim gözəl xalqım" ifadələri ilə başladığı siyasi rövzəxanlığına start vermişdi.

Məhz o, şüarları söyləyir, yığışanlar təkralayırdı.

Məhz o, nağara çalmağa başladı, sonra da musiqilər səsləndi.

Rep, rok, xalq mahnısı, pop - bir sözlə, əyalət avtobuslarındakı "menyu" vasitəsilə "etiraz" nümayiş olundu.

 

Tural Sadıqlı gözlərində eynək, əlində smartfon vurnuxur və "hadisə yerindən canlı yayım" edir, "Şirin Tire" kimi tanınan və tanıdılan, indisə "Meydan TV-nin jurnalisti" olmuş Şirin Abbasov reportaj yapır, 45-50 nəfərlik kütlənin içində rejissor yardımçılığı edən iki nəfərsə özlərinə əl qataraq gurultu yaratmağa çalışırdılar.

 

"Baxın, onlar erməniləri də aksiyaya qatıblar" deyildi - az sonra məlum oldu ki, yalandı və Orduxan Bəbirov naçar qalaraq "orada erməni olduğu istisna deyil" söyləyərək pərtliyni gizləməyə çalışdı.

Tural Sadıqlı boğazını arıtlayaraq Şirin Abbasova "o aksiya 80 min avroya başa gəlib" dedi, sonra dozanı qaldırıb "95 min avrol xərcləyiğb hakimiyyət o iki saatlıq aksiyaya" dedi.

 

Heyhat, nə edəsən ki, "mühacir"lərin məntiqi kimi, riyazi bilikləri də axsayır.

Çünki onlar 4 saatlıq aksiya keçirdiklərini söyləyirdilər, amma səfirlik önündəki aksiya da eyni zaman sürəyində oldu.

Belədə, 2 saat 4 saata necə bərabər olur?!

 

Orduxan Bəbirov daha sonra "tükürpədici fakt" söylədi: "Baxın, səfirliyi "sekyuriti"lər qoruyur, onların hər birinin saatı 150 avrodur".

"Biznesinin olduğunu" söyləyən Bəbirov, deyəsən, Hollandiya və Almaniyada cangüdən işinin tarifini yaxşı bilsə də - nə də olsa, idman zalına nanotexnologiya laboratoriyasında ağır araşdırmalardan sonra yollanmır - yenə də səhv etdi.

Yığnaqdakılar "Baxın, orada qaradərili də var, bolqar da!" qışqırdılar.

 

Əfsuslar olsun ki, səfirliyimzin önündəki aksiyada bolqarlar, slovenlər, serblər və ya albanlar yoxdular.

Ola bilərdilər, niyə də yox. Amma məsələ onların qatılması yox, yalan iddiadı.

 

Və ən nəhayət, yığnaqda "Əziz qardaşlar, baxın səfirliyimizin binasına - bahalı binadı, qarşısında bahalı avtomobillər! Belə olmaz, Azərbaycanın səfirliyinə bir otaq bəsdir!" qışqırtısı eşidildi, yığışanlar da uğuldayıb "Ho, Ha, Oha! Ar olsun!" bağırdılar, sonda da vəcdə gəlib fit çaldılar.

Daha sonra nağara döyəclədilər, yallı getdilər, alman polislərlə yarı ingilis, yarı alman, yarı da naməlum dildə danışmağa cəhd göstərdilər.

 

Məxləs, çox mənasız, nə istədiklərini anlamayan insanların yığışdığı qışqırtılı bir yığnaq idi - aksiya yox.

 

Çünki bir dəstənin ki, "lider"i ağıl və məntiqinə əsaslanıb "səfirliyə bir otaq bəsdir" deyə, orada nə siyasət var, nə ağıl, nə də məntiq.

 

Siyasətin olmadığı yerdə isə ən yaxşı halda miqrantlar var - siyasi mühacirliyi barədə sənədi şəstlə daşıyıb bunu vurğulayan adam və adamlar əksini desələr də.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb