"İlham Əliyevin belə yüksək səslə yenidən prezident seçilməsi gözlənilən idi"

05:23 12-04-2018 | icon 209 | Gündəm
"İlham Əliyevin belə yüksək səslə yenidən prezident seçilməsi gözlənilən idi"

"Əsas məqam odur ki, bütün seçki məntəqələrində seçici fəallığı yüksək olub"

 

"11 aprel prezident seçkiləri Azərbaycanın Konstitusiyasına və Seçki Məcəlləsinin tələblərinə uyğun keçirildi".

 

Versus.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Arzu Nağıyev deyib. Onun sözlərinə görə, seçicilərin fəallığı artıq səhər saatlarından müşahidə olunurdu:

 

"Ən əsas məqam odur ki, bütün seçki məntəqələrində seçici fəallığı yüksək olub. Vətəndaşlar onların gələcək taleyində mühüm rol oynayan seçimi etmək üçün seçkilərdə aktiv iştirak etdilər".

 

Politoloq bildirib ki, bu seçkiləri izləmək üçün müxtəlif ölkələrdən Azərbaycana gələn beynəlxalq müşahidəçilər seçki məntəqələrində olublar.

Seçkilərdə qanun pozuntusunun qeydə alınmadığını vurğulayan A.Nağıyev hesab edir ki, beynəlxalq aləm də bu seçkini müsbət dəyərləndirəcək.

O əlavə edib ki, İlham Əliyevin böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi gözlənilən idi:

 

"Çünki İlham Əliyev regional formatlı tədbirlərin qlobal əhəmiyyətli tədbirlərə çevrilməsində və Azərbaycanın bu tədbirlərə ev sahibliyi etməsində müstəsna rolu olan bir liderdir. Eyni zamanda, İlham Əliyev Azərbaycanın neft strategiyasının müasir formada dünyaya çatdırılmasında və onun inkişaf etdirilməsində, eləcə də qeyri-neft sektorunun inkişafında mühüm rol oynayıb".

 

İlham Əliyevin ordu quruculuğu ilə bağlı apardığı siyasəti də yüksək dəyərləndirən A.Nağıyev onun Ali Baş Komandan kimi öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyini də söyləyib:

 

"İlham Əliyev üçün ən önəmli məsələ xalqın rifahı, dövlətimizin təhlükəsizliyi, müstəqilliyimizin daha da inkişaf etdirilməsi olub. Düşünürəm ki, dövlətimizin başçısı bunlara nail olub. Bir sıra ölkələrdə münaqişələrin müşahidə edilməsinə baxmayaraq, İlham Əliyev heç bir hərbi bloka qoşulmadan balanslı xarici siyasətini davam etdirməklə xalqın rifahını, dövlətin təhlükəsizliyini təmin etməyə nail ola bilib. Buna görə də İlham Əliyevin belə yüksək səslə yenidən prezident seçilməsi gözlənilən idi".

 

Ekspert hesab edir ki, Azərbaycanda aparılan islahatlar qarşıdakı illərdə uğurla davam etdiriləcək. Onun sözlərinə, bu islahatlar həm siyasi, həm iqtisadi sahədə, həm də müstəqilliyimizin, müasir Azərbaycanımızın daha da inkişaf etdirilməsi üçün aparılacaq:

 

"Yenidən prezident seçilən İlham Əliyevə bu yolda müvəffəqiyyət arzulayıram. Düşünürəm ki, Azərbaycan xalqı İlham Əliyevin simasında öz liderini görür və gələcək qələbələr naminə onunla birlikdə əlindən gələni edəcək".

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. İlkin nəticələrinə əsasən, İlham Əliyev səslərin 86 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizini isə kişilər təşkil edir.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb