"Azərbaycanda prezident seçkiləri hər hansı kənar müdaxilə olmadan keçirildi"

13:44 12-04-2018 | icon 165 | Siyasət
"Azərbaycanda prezident seçkiləri hər hansı kənar müdaxilə olmadan keçirildi"

Azərbaycanda prezident seçkiləri səsvermə prosesinə hər hansı kənar müdaxilə olmadan keçirildi.

 

Versus.az-ın məlumatına görə, bunu Finlandiyadan olan müşahidə qrupunun rəhbəri, sabiq deputat Djuha Korkeaoya mətbuat konfransında deyib:

 

"Bizim müşahidələrimiz göstərdi ki, seçki məntəqələrinin yaxınlığında hər hansı seçki kampaniyası keçirilməyib, məntəqələrə giriş hamı üçün, o cümlədən 900 xarici müşahidəçi üçün sərbəst idi. Bu da şəffaflığın göstəricisidir".

 

D.Korkeaoya bildirib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası Fransa və ABŞ təşkilatları tərəfindən seçicilər arasında sorğuların keçirilməsi üçün də bütün zəruri şəraiti yaratmışdı:

 

"Bütün yuxarıda deyilənlər Azərbaycanda prezident seçkilərinin açıqlığının ən yaxşı göstəricisidir".

 

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

Partiya sədrindən nazirə açıq məktub

Pensiyalar artıb

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Onları cərimələyəcəklər

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ

Bu məhkumlarla bağlı qanun dəyişir

Azərbaycanın ilk orqanik şərabı – “Meysəri”