Nəsiminin ardıcılı Zövqinin divanının surəti tapılıb

14:04 28-10-2019 | icon 272 | Ədəbiyyat
Nəsiminin ardıcılı Zövqinin divanının surəti tapılıb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov Paris Milli Kitabxanasından XVII əsrdə yaşamış, adı ədəbiyyat tariximizə düşməmiş Azərbaycan şairi Zövqinin anadilli lirik şeirlər toplusu - divanının surətini əldə edib. 

 

İnstitutdan Versus.az-a bildirilib ki, 1687-ci ildə köçürülmüş, 168 vərəqdən ibarət bu divanda şairin qəzəl, mürəbbe, müxəmməs və müstəzadları toplanıb. Vərəqlərin kənarlarında və divanın sonunda onun farsca şeirləri də var. 

 

Zövqinin şeirlərində hürufiliyin, xüsusilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin güclü təsiri görünür. Onun 134 qəzəlindən 64-ü Nəsimi şeirlərinə nəzirədir. Bundan başqa, şairin Füzuli yaradıcılığından da təsirləndiyi görünür. Onun divanında Füzuli şeirlərinə 18 nəzirə vardır. Əsər XVII əsr Azərbaycan ədəbiyyat tarixinin araşdırılması baxımından böyük maraq kəsb edir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır