MDHP İlham Əliyevə növbəti dönəm prezidentlik fəaliyyətində uğurlar arzulayıb

21:02 12-04-2018 | icon 169 | Siyasət
MDHP İlham Əliyevə növbəti dönəm prezidentlik fəaliyyətində uğurlar arzulayıb

Milli Dirçəliş Hərəkatı Partiyasının BƏYANATI

 

Milli Dirçəliş Hərəkatı Partiyası 11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı Bəyanat yayıb. Versus.Az-ın məlumatına görə, bəyanatda deyilir:

 

"11 aprel 2018-ci il tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərində iştirak edəcəyi ilə bağlı qərar verdikdən sonra, zamanın az olmasına baxmayaraq bütün imkanlarını səfərbər edərək seçki kompaniyasına qoşuldu. İlkin mərhələdə qısa zamanda partiya tərəfindən namizədliyi irəli sürülmüş Fərəc Quliyevin namizədliyinin müdafiəsi məqsədiylə 76 dairədən 44732 imzanın toplanmasına nail oldu.


Fərəc Quliyevin namizədliyi qeydə alındıqdan sonra, təbliğat-təşviqat kompaniyasında ödənişsiz təşviqat imkanlarından yararlanmaqla yanaşı, ödənişli təşviqat vasitəsiylə də təbliğatını qurdu.
Ölkənin və paytaxtın müxtəlif rayonlarında keçirilən ümumi görüşlərlə yanaşı, seçicilərlə çoxsaylı məhəlli görüşlər keçirildi.

 


Bunlardan əlavə kompaniya dönəmində 11000 ədəd 3 cür təbliğat plokatı çap edilərək müvafiq yerlərdə yapışdırılmışdır. Fərəc Quliyevin seçki platforması 50000 ədəd kitabça şəklində çap edilərək ictimai yerlərdə paylanılmışdır. 3000 ədəd isə Fərəc Quliyevin seçki təbliğatı üzərinədə əks edilmiş qələmlər hazırlanaraq tələbələrə bağışlanmışdır. Partiyanın seçki qərərgahında yaradılmış səyyar təbliğat komandası vasitəsilə qurulmuş fərqli təbliğatlardan biri də, səyyar təbliğat proqramı oldu. Həmin proqram çərçivəsində üzərində Fərəc Quliyevin seçki plokatları olan təbliğat avtomobilləri paytaxtda və digər şəhərlərdə təbliğat turları, rayonlararası yürüşlər keçiriblər. Bu və digər vasitələrlə partiya olaraq ideologiyamızın ictimailəşməsini bu seçki dönəmində də yüksək səviyyədə həyata keçirə bildik.
Eyni zamnda tərəfimizdən seçki prosesi seçki komissiyalarındakı üzvlərimiz, səlahiyyətli nümayəndələrimiz, vəkillərimiz və müşahidəçilərimiz tərəfindən yaxından izlənildi. Müşahidə prosesini qaneedici səviyyədə təşkil edə bildik. Ciddi bir qanun pozuntusuna rast gəlinməsə də, qeydə alınan neqativliklərə dərhal müdaxiləmiz nəticəsində problemin operativ şəkildə aradan qaldırılmasına nail olduq.
Müşahidələrimiz nəticəsində seçkilərin uğurla baş tutması qənaətindəyik ki, bu da ölkənin siyasi uğuru deməkdir.


Milli Dirçəliş Hərəkatı Partiyası olaraq biz hakimiyyətə gəlmənin tək sivil yolunu keçirilən demokratik seçkilərdə görürük. Ona görə də ölkədə keçirilən bütün seçkilərdə iştirak edərək, ideya və prinsiplərimizi iş başına gətirməyə çalışırıq.
Lakin müxalifətdə olduğumuz dönəmdə də millətimizə və dövlətimizə faydasının olması üçün uğurlu hesab etdiyimiz prinsipləri və həyata keçirmək istədiyimiz layihələri ən müxtəlif formalarda hökumətə təqdim etmişik və etməkdə davam edəcəyik.



11 aprel 2018-ci il tarixində keçirilmış Azərbaycan Respublikası Prezidentinin seçkilərində qələbə qazanmış Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizədi cənab İlham Əliyevə növbəti dönəm Prezidentlik fəaliyyətində də uğurlar arzulayır və davamlı olaraq təklif etdiyimiz prinsipləri həm də bizi dəstəkləyən vətəndaşların düşüncəsi olaraq qəbul edəcəyini, fəaliyyəti dönəmində onların ölkəyə faydasının keçməsi üçün diqqətdə saxlayacağına inandığımızı bildiririk".

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb