UEFA yeni formatla keçiriləcək yarışda Azərbaycanı C liqasına daxil edib

12:07 29-10-2019 | icon 116 | İdman
UEFA yeni formatla keçiriləcək yarışda Azərbaycanı C liqasına daxil edib

UEFA qitə miqyaslı turnirlərdəki islahatları davam etdirir.

 

Versus.Az xəbər verir ki, qitə futbol qurumu U-19-lar arasında Avropa çempionatlarının strukturunu da dəyişir.

Yarış Millətlər Liqası sistemi ilə keçiriləcək. Yeni turnir iki mövsümlük tsikli əhatə edəcək.

 

2021/22 və 2022/23 mövsümlərini 2020-22 və 2021-23 illəri əvəz edəcək. Yarış 8 komandalı final mərhələsi ilə başa çatacaq. 2022-ci ildə həlledici raund Slovakiyada təşkil olunacaq. 2020-22 mövsümündə 2003-cü il yanvarın 1-dən sonra anadan olanlar, 2021-23 mövsümündə isə 1 yaş kiçiklər mübarizə aparacaqlar.

UEFA İcraiyyə Komitəsinin təsdiqlədiyi bu yenilik özünü doğrultsa, 2023-cü ildən U-17-lərin də yarışları bu sistemlə təşkil olunacaq.

Komandalar A, B və C liqalarında oynayacaqlar. Bu bölgü yığmaların əmsallarına əsasən reallaşıb.

A liqasında 20 komanda hərəsində 4 yığma olmaqla 5 qrupa bölünəcək. B liqasında isə 16 yığma 4 komandalı 4 qrupa bölünəcək.

Avropanın ən zəif 19 millisi C liqasında 4 və 3 komandalı qruplarda çıxış edəcək. Azərbaycan yığması da 1-ci mərhələdə bu liqada qüvvəsini sınayacaq.

 

Turnir isə 4 mərhələdə baş tutacaq. 1-ci raundun püşkü bu il dekabrın 3-də, oyunları gələn il noyabrın 17-də başlayacaq. Növbəti püşk 2020-ci ilin dekabrında, bu mərhələnin oyunları 2021-ci ilin iyunun 8-dən sonra start götürəcək. 3-cü mərhələnin püşkü 2021-ci ilin yayında, oyunları isə avqustun 30-dan sentyabrın 7-dək və ya oktyabrın 4-12-də, 8-16-da keçiriləcək. Sonuncu raundun püşkatması 2021-ci ilin dekabrında təşkil olunacaqsa, qarşılaşmalar 2022-ci ilin martında oynanılacaq. Hər mərhələdən sonra komandalar liqalarını dəyişəcək, ən yaxşılar daha yüksək, zəiflər aşağı dəstəyə düşəcək.

 

Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün ilk mərhələdə C liqasından B liqasına, növbəti iki raundda isə A-ya yüksəlməlidir. Çünki final mərhələsinə 7 vəsiqə yalnız  A liqasında keçiriləcək 4-cü mərhələdə sahiblərini tapacaq. 

Qeyd edək ki, final mərhələsi 2022-ci ilin iyulunda keçiriləcək. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...