BMU-dan şagird və tələbələr üçün yeni imkan

19:04 29-10-2019 | icon 142 | Təhsil
BMU-dan şagird və tələbələr üçün yeni imkan

Bakı Mühəndislik Universitetinin (BMU) Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) ilə birgə əməkdaşlığı çərçivəsində universitetdə yeni Robotexnika Mərkəzi fəaliyyətə başlayır.

 
 
Versus.Az xəbər verir ki, Mərkəzdə 8-19 yaşlı şagird və tələbələr üçün mühəndislik sahəsində ən son texnologiyaların nəzəri və praktiki tədrisi, beynəlxalq olimpiadalara hazırlıq, riyazi və məntiqi düşüncəyə əsaslanan alqoritmik və təməl mühəndislik biliklərinin öyrədilməsi, həmçinin universitetin Texnoparkında kiçik tipli istehsalat nəzərdə tutulub.
 
 
Tədris prosesinin müasir avadanlıqlarla təchiz olunmuş BMU-da təşkili şagirdlərin gələcəkdə mütəxəssis kimi formalaşmasına stimul verəcək.
 
 
Qeyd edək ki, mərkəzdə təşkil ediləcək tədris proqramlarına Xırdalan şəhərinin ətraf əraziləri daxil olmaqla, bütün Abşeron rayonundan olan şagird və tələbələr müraciət edə bilərlər.
 
İlk master-klass 7 noyabr 2019-cu il tarixində saat 16:00-da BMU-nun əsas binasının Akt zalında keçiriləcək.
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır