Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub

09:53 30-10-2019 | icon 74 | Təhsil
Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və "British Council" in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

 

AzMİU-dan Versus.Az-a verilən məlumata görə, səfər zamanı qonaqlar öncə rektor və universitet əməkdaşları ilə qısa görüş keçiriblər. Qonaqlar universitetə qısa tanışlıq turu edərək Creative Spark layihəsi çərçivəsində reallaşdırılan işlərlə tanış olublar.

 

Qonaqlar "Creative Spark" proqramı çərçivəsində təşkil olunan English Club-ın açılış mərasimində iştirak edərək dərs prosesini izləyiblər. Qeyd edək ki, English Club 6 ay davam edəcək və tələbələrə ödənişsiz ingilis dili tədris olunacaq.

 

Daha sonra qonaqlar Lester Universitetinin eksperti Emily Christine tərəfindən keçirilən "Creative Spark" vorkşopuna qatılıblar.

 

Eləcə də AzMİU-da fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun dəstəyi ilə hazırlanan Start-up layihələri ilə tanış olub, ölkə üzrə qalib olmuş tələbələr və müəllimlərlə söhbətlər aparıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO