Nazir “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatın sədri ilə görüşüb

10:03 30-10-2019 | icon 90 | Mədəniyyət
Nazir “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatın sədri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev oktyabrın 29-da “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov və “Simurq” Mədəniyyət Assosiasiyasının rəhbəri, kulturoloq, professor Fuad Məmmədov ilə görüşüb.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, görüşdə 28 oktyabr tarixində “Simurq” Mədəniyyət Assosiasiyası təşəbbüsü və Mədəniyyət Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilən “Dünya dəyərlərinin, humanizmin və insan həmrəyliyinin təsdiqi naminə mədəniyyətlərin, xalqların və sivilizasiyaların dialoqu” adlı Beynəlxalq konfrans haqqında məlumat verilib.

 

Konfransın moderatorlarından biri – “Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatının İdarə Heyətinin sədri, akademik Engel Tahirov milli mədəniyyətin və mənəviyyatın inkişafında mühüm töhfələrinə, Azərbaycan xalqının çoxəsrlik ənənələrinin qorunmasına, sülh və inkişaf naminə humanizm, sivilizasiyalararası dialoqun həyata keçirilməsində aktiv fəaliyyətinə görə mədəniyyət naziri Ə.Qarayevin təşkilat tərəfindən “Sülhməramlı” nominasiyasında “Roza mira” qızıl medalına layiq görüldüyünü bildirib və medalı nazirə təqdim edib.

 

Nazir göstərilən diqqətə görə təşəkkürünü bildirib və bu kimi tədbirlərin ölkəmizdə keçirilməsinə hər zaman dəstək olmağa hazır olduğunu vurğulayıb.

 

Ə.Qarayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi”nin, bu çərçivədə Mədəniyyət Nazirliyinin iştirakı ilə həyata keçirilən beynəlxalq layihə və tədbirlərin xalqların və sivilizasiyaların dialoquna verdiyi xüsusi töhfədən danışıb.

 

“Böyük Volqa Yolu” Beynəlxalq İctimai Təşkilatı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin vacibliyi qeyd edilib.

 

Kulturoloq, professor F.Məmmədov beynəlxalq konfransın təşkilində nazirlik tərəfindən göstərilən dəstəyə və qəbula görə Ə.Qarayevə təşəkkürünü bildirib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vətənin və Ramil Səfərovun haqqı

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Türkiyə viza müddətini 90 günədək uzatdı

Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Qarabağın Azərbaycanlı icması təxribatlara çevik reaksiya verir

Nazirlikdən müharibə veteranları ilə bağlı yeni TƏKLİF

İşğal altında olan ərazilərimizdə koronavirusa yoluxanların sayı artıb