Prezident İlham Əliyevə açıq məktub

13:51 30-10-2019 | icon 510 | Cəmiyyət
Prezident İlham Əliyevə açıq məktub

Məqsədləri məni və mənim kimi minlərlə vətəndaşı dövlətə, Sizə qarşı qaldırmaqdır

 

Cənab Prezident!

Sizi xəbərdar edim ki, bir çox məmurlar topladıqları haram pulları xaricə qaçırmaq niyyətindədirlər. Bunların qarşısını almaq mənim imkanlarım daxilində deyil. Siz səlahiyyət sahibi olduğunuz üşün onların qarşısını ala bilərsiniz.

 

 

Bizlərə də məlumdur ki, bir çox məmurlar işdən çıxıb ölkəni tərk etmək istəyirdilər, lakin cürətləri çatmırdı. Sizin onlara öz xahişləri ilə ərizə yazıb istefa vermək təklifiniz onlar üçün  bir fürsət oldu. İndi də bir neçə millət vəkillərimiz apardığınız islahatları tərifləməklə Sizə mədhiyyə yağdırmaqla məşğuldurlar. Lakin biz vətəndaşlar hələlik bu islahatların faydasını görmürük. Sizin apardiğınız islahatlar yalniz kadr dəyişikliyi ilə yadda qalır. Hazırda icra strukturlarında fil qulağında yatan Asif Əsgərov kimi məmurlar vardır. Apardığınız islahatlardan polis, prokurorluq orqanları və məhkəmələr dərs götürmür. Hər gün  Allaha yalvarırlar ki, bu islahatlar onlardan yan keçsin. Çox təəssüf hissi ilə deyə bilərəm ki,  bu islahatlardan hələlik səlahiyyətli şəxslər bir nəticə cıxarmırlar, onlar Ramiz Mehdiyevin əsas vəzifəsindən uzaqlaşdırıldığına belə inana bilmirlər.

 

 

19 oktyabr mitinqində videolardan göründüyü kimi, iştirakçıların əsas hissəsini polis-prokurorluq orqanlarından, məhkəmələrdən, icra strukturlarından və tikinti şirkətlərindən narazı olan vətəndaşlar təşkil edirdi. Biz vətəndaşlar bu islahatların yalniz kağız üzərində olduğunu görürük. Ona görə ki, Siz bu məmurları cəzalandırmaq əvəzinə mükafatlandırır və istər-istəməz ölkədən qaçmalarına şərait yaradırsınız. Bir zamandan sonra bu məmurların müalicə adı ilə xaricə qaçdıqlarının şahidi olacağıq.

 

Mənim yeganə evimi qanunsuz sökən bu günə qədər də mənə kompensasiya verməkdən imtina edən Regal MTK nin  təsisçiləri Yusif və Valeh Ağayev qardaşları da xaricdə dincəlmək məqsədi ilə Azərbaycanda haram yollarla qazandıqları milyardları xaricə daşımaq üçün yollar axtarmağa getmişdilər. Haram yollarla pullar qazanan şəxslər anlamlıdır ki, əgər dövət onları cəzalandırmayacaqsa, onlar etdiklərindən peşmaçılıq keçirməyib halallıq almayacaqlarsa, bunun axırının heç də yaxşı olmayacaq. Onlar anlamalıdırlar ki, hətta xaricə  qaçsalar da  mən onların rahat yaşamasına imkan verməyəcəyəm və hər bir fürsətdə onları narahat edəcəyəm.

 

Mənim yolum haqq yoludur, mən öz haqqımı tələb edirəm. Halal zəhmətimlə qazandığım pulları onlara hədiyyə edə və ya bu pulların polislərlə, prokurorlarla, hakimlərlə bölüşüb yemeklərinə razı ola bilmərəm.

 

Mənə dəyən ziyanının ödənilməsinə dövlət köməklik etməsə, mən özüm bəlli olan yollarla onlardan bu dəymiş ziyanı alacağam, sirkət bunu sırğa edib qulaqlarından assın.

 

Bir sıra millət vəkilləri öz çıxışlarında israrla qeyd edirlər ki, ölkəmizin düşmənləri müəyyən şəxslərə dəstək verməklə, daxildə vətəndaş müharibəsi törətmək, Qarabağın azad edilməsinin və aparılan islahatların qarşısını almaq, dövlətçiliyimizə zərbə vurmaq niyyəti güdürlər. Məhz bu səbəbdən, onlar bəzi antimilli ünsürlərə ölkələrində sığınacaq verib onların dili ilə cəmiyyətdə parçalanma yaratmaq, düşmənçiliyi gücləndirmək istəyirlər ki, insanlarımız hakimiyyət uğrunda qan tökməyə belə hazır olsunlar (Qüdrət Həsənquliyev).

 

Çox təəssüf ki, bizim bəzi millət vəkillərimiz bilmir ki, Qarabağ uğrunda mübarizə aparmaq üçün oncə vətəndaşlarda vətənpərvərlik ruhu, millətə qarşı sevgi hissi yaratmaq lazımdır. Vətəndaşın mülkünü dağıdıb onu küçələrə atmaqla buna necə nail olmaq olar? Bizim hüqüq-mühafizə orqanlarımız, məhkəmələrimiz, icra başçılarımız (Asif Əsgərov  kimi), golu “zorlu “ Regal MTK tikinti sirkərlərinin rəhbərləri  “Hacı” Yusif  və Valeh Ağayev gardaşları  “seyid “ Fərəc Hüseynov və millət vəkili Əsabil Qasımov kimiləri vətəndaşlarda olan bütün nəcib hissləri (millətə, vətənə, dövlətə qarşı) öldürməklə məşğuldur. Bu isə yuxarıda qeyd olunların tam əksini sübut edir, yəni cəmiyyətdə parçalanma, təfriqə yaradan, qarşıdurmanı gücləndirən antimilli ünsürlər xaricdə yox, daxildə oturub özbaşınalıqla məşğuldurlar. İslahatlar adı ilə yeni kadrlar təyin olundu, lakin hələ ki, bu kadrların işləri nəzərə çarpmir. Qabaqdan qış gəlir və bu məmurların qış yuxusuna getməsini nəzərə alsaq, bir də yazda oyanıb işlərinə başlaması çox gec olacaqdır. Bu səbəbdən də müxalifət onların qış yuxusuna getməsinin qarşısını almaq üçün yeni mitinq təyin edir.

 

Möhtərəm Prezident!

        Son üç ildə öz konstitusion hüqüqlarımın bərpası ilə apardığım mübarizə zamanı məndə Azərbaycan Respublikasının polis və prokurluq orqanlarına, məhkəmə sisteminə və icra strurkturlarına yalnız nifrət  hissi yarandı. Bu 3 ildə bu orqanlarda bir səlahiyyətli vəzifə sahibi tapılmadı ki, mənim problemlərimi ədalətlə həll etməyə səy belə göstərsin. Bu orqanların məqsədi məni və mənim kimi yüzlərlə vətəndaşı dövlətə, Sizə qarşı qaldırmaqdır. 19 oktyabr hadisələri zamanı Siz əmin oldunuz ki, yuxarıda oturan məmurlar artıq idarə edə bilmir və aşağıdakılar (vətəndaşlar) isə bu şəraitdə yaşamaq istəmirlər, ona görə bu islahatlar qaçılmaz oldu. Mən əminliklə deyə bilərəm ki, prokurorluq organları və məhkəmələr Dövlətə və millətə deyil, öz korporativ maraqlarına xidmət edir. Çünki bu orqanlarada şikayətlər düzgün araşdırılmır, suründürməçiliyə yol verilir və bu orqanlar cinayətkarların tərəfində olub onlara vəkillik edirlər. 19 avqust tarixində Appelyasiya Məhkəməsində yanliş qərar verən hakimlər süründürməçiliyə yol verərək işi Ali Məhkəməyə göndərməkdən imtina edirlər. Əvəzində isə, “hara istəyirsən get, şikayət et” söyləyirlər. ALLAH bizlərin yardımçısı olsun.

 

 

Qafar İskəndərov

/Tibb elmləri üzrə fəlsəfə doktoru,
Avropa endoskopik cərrahlar birliyinin üzvi,
Ali dərəcəli cərrah/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Mən istədim, Elçibəy prezident oldu” deyən Surət Hüseynova sərt REAKSİYA

Sağ qabırğa altında, qarının yuxarı hissəsində baş verən ağrılar...

Elmar Məmmədyarov istefa versin! - ÇAĞIRIŞ

Bu Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir

Avropa Xalq Partiyası Aİ və “Şərq Tərəfdaşlığı” ölkələrinə çağırış edib

Bu gündən bu bölmələr üzrə uşaqlar onlayn müsahibədə iştirak edəcək

Şuşa inauqurasiyası, mən, qarğalar…

Kanadanın ABŞ-la olan sərhədlərin açılmasının daha 30 gün uzadılmasına razılıq verilib

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

Ukrayna tərəfinin "qeyri-diplomatik addım"ı kimi dəyərləndirildi

Poroşenko dövlətə xəyanətdə ittiham olunur

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın