"Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib"

11:18 31-10-2019 | icon 97 | Siyasət
"Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib"

Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarının məşğulluq imkanlarının gücləndirilməsi üçün onların hansı formada rəqabətədavamlı olması barədə düşünməliyik. Bu, istər lokal, istərsə də xarici bazarlara şamil edilir.

 

Versus.Az xəbər verir ki, bunu Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson "British Council"in Azərbaycanda həyata keçirdiyi "Məşğulluq üçün ali təhsil" proqramına həsr olunan tədbirdə deyib.

 

Onun sözlərinə görə, Azərbaycan və Böyük Britaniyanın öz təcrübələrini paylaşması təqdirəlayiqdir. İki ölkə və iki xalq arasında təhsil siyasətinin formalaşması, Böyük Britaniya təcrübəsindən faydalanaraq onun resurslarından istifadə ölkələr arasında körpülərin yaranmasına kömək edir:

"Ümid edirəm ki, məzunların universitet həyatından əmək bazarına keçidinin təmini onların gələcəyi üçün qoyulan ən effektiv investisiyadır. Böyük Britaniya hər zaman Azərbaycana dəstək göstərib. Azərbaycan da Böyük Britaniya ilə tərəfdaşlıq çərçivəsində məşğulluq məsələlərinə öz töhfəsini verəcək. Azərbaycandakı tərəfdaşlarımızın, xüsusilə Təhsil Nazirliyinin, müxtəlif vətəndaş cəmiyyətinin təşəbbüsləri təqdir edilir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Tovuzda “Tariximizi və mədəniyyətimizi dərindən öyrənək” adlı aksiya keçirilib

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

Cəbhədə gərginlik

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

Hindistanda koronavirusa yoluxanların sayı 151 mini ötüb