ANAMA ay ərzində 809 ədəd partlamamış hərbi sursat aşkarlayıb

11:17 01-11-2019 | icon 148 | Hadisə
ANAMA ay ərzində 809 ədəd partlamamış hərbi sursat aşkarlayıb

ANAMA 2019-cu ilin oktyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Versus.Az-a bildirilib ki, 2019-cu ilin oktyabr ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Cəlilabad, Füzuli, Göygöl, Xocavənd, Kürdəmir, Qazax, Oğuz, Tərtər, Tovuz, Ucar, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Mingəçevir şəhərləri ərazisində 1 527 171 m² (152,72 ha) ərazi yoxlanılmış, 809 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 4 ədəd tank əleyhinə mina (cəmi: 814 ədəd) və 208 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilmişdir.

 

Əməliyyatlarda 459 nəfər əməliyyat heyəti, 123 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

 

İndiyədək cəmi 539 334 723 m² (53 933,47 ha) ərazi təmizlənmiş, 805 664 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilmişdir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır