Cəzaçəkmə müəssisəsində 9 NOYABR - DÖVLƏT BAYRAĞI GÜNÜ /FOTO/

12:26 01-11-2019 | icon 210 | Cəmiyyət
Cəzaçəkmə müəssisəsində 9 NOYABR - DÖVLƏT BAYRAĞI GÜNÜ /FOTO/

Oktyabrın 31-də Bakıdakı 10 saylı Cəzaçəkmə müəssisəsində 9 noyabr - Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib.

 

Versus.Az-ın məlumatına görə, “Var olsun müstəqil Azərbaycan!” devizi altında keçirilən tədbiri “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Kütləvi tədbirlər şöbəsinin mudiri, müğənni və aparıcı İslam Ələsgərov açıb.

 

Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

“Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu Azərbaycanın dövlət müstəqilliyinin bərpasında, dövlətçiliyin qorunmasında şəhid və qazilərin rolundan danışıb. O, qeyd edib ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin ikinci dəfə rəhbərliyi dövründə (1993-2003) Azərbaycan iqtisadiyyatı yenidən quruldu, Silahlı Qüvvələr formalaşdı. Ş.Sabiroğlu bu gün Azərbaycan Ordusunun büdcəsinin Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çox olduğunu vurğulayıb.

 

Tədbirin Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf fondu ilə birgə təşkil olunduğunu qeyd edən Ş.Sabiroğlu bildirdi ki, məhbusların bir hissəsi üçün zəruri yardım hazırlanıb. Bildirib ki, yardımın hazırlanmasında Türkiyəli iş adamı Mehmet Akbıyıkın, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədovanın, sədr müavini Dilbər Sultanovanın, Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” ictimai birliyinin sədri Müşfiq Əliyevin, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyəti Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyevin, o cümlədən Hacı Ədalət Məhərrəmov və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəal üzvləri – Rauf Mirzəyev və Elxan Haşımovun müstəsna xidmətləri olub.


Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov şəhid və qazilərin qanları hesabına qazanılan müstəqilliyi qorumağın zəruriliyindən danışıb.

 

Türkiyəli iş adamı Mehmet Akbıyık, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri Cəmiyyəti Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, istedadlı müğənnilər - Elşad Qarayev, Araz Hüseynov, bədii qiraət ustası Zeynəb Əlili, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin və “Yeni Yurd” sosial inkişaf ictimai birliyinin sədr müavini (ictimai əsaslarla) Dilbər Sultanova, Qarabağ qazisi İzzət Şirinov çıxışlarında bu cür tədbirlərin mühüm əhəmiyyətini qeyd ediblər.

 

Daha sonra incəsənət ustalarının ifasında maraqlı konsert proqramı keçirilib. Gətirilən yardım məhbuslara təqdim olunub.

Sənan İmanov/Şamilə Şamilqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır