"Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var"

13:10 01-11-2019 | icon 108 | Cəmiyyət
"Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var"

Rövşən Rzayev: "Bu günə qədər məcburi köçkünlər üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb"

 

Bu gün Azərbaycanda hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var.

 

Versus.Az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda bu gün qaçqın və məcburi köçkünlərin sayı kifayət qədərdir:

"Təəssüf ki, Ermənistanın işğalçı siyasəti hələ də davam edir. Azərbaycan dövlətinin siyasəti nəticəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülür və bu gündə davam etdirilir".

 

R.Rzayev əlavə edib ki, bu günə qədər məcburi köçkünlər üçün 106 qəsəbə salınıb, 300 minə yaxın insan həmin qəsəbələrdə məskunlaşıb:

"Prezident İlham Əliyev tərəfindən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün xeyli vəsait ayrılıb və bu vəsait hesabına qəsəbələr tikilir. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük əməyi var".

 

Komitə sədri qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı imzaladığı qətnamələrin icra vəziyyətini müzakirə etmək üçün BMT-nin Bakıdakı ofisləri ilə birgə dinləmələrin keçirilməsi yaxşı olar:

"Vaxtilə qəbul edilmiş həmin qətnamələrin icra vəziyyəti nə yerdədir və yaxud icra mexanizmini hansı istiqamətdə həyata keçirə bilərik? Yəni biz qətnamələrin icra mexanizminin yollarını axtaraq və o barədə fikir mübadiləsi apara bilərik. Həm bu gün, həm də gələcəkdə birgə fəaliyyət göstərərək Azərbaycandakı məcburi köçkünlərin vəziyyətini müvəqqəti yaxşılaşdırmaqdan ötrü işlər görə bilərik".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB