Milli parklarda müxtəlif yaş qruplarını əhatə edən tədbirlər keçiriləcək

13:30 01-11-2019 | icon 162 | Cəmiyyət
Milli parklarda müxtəlif yaş qruplarını əhatə edən tədbirlər keçiriləcək

Azərbaycanın milli parklarında noyabr ayında müxtəlif yaş qruplarını əhatə edən maraqlı və rəngarəng tədbirlər keçiriləcək. Qaçış, veloyürüş, atla yürüş, piyada yürüş, həvəskar balıq ovu turniri və macəra turizmi kimi tədbirlərin keçirilməsində məqsəd milli parklarda ekoturizm potensialının təbliği və milli parklara turistlərin marağının artırılmasıdır.

 

Versus.Az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

 

Təbiətin füsunkar gözəlliklərindən həzz almaq istəyirsinizsə milli parklarımıza səyahət edin və təşkil olunacaq tədbirlərə qoşulun.



3 noyabr, saat 8:00 – Şirvan milli parkı – həvəskar balıq ovu turniri;

5 noyabr, saat 9:00 – Samur-Yalama milli parkı – milli parkın yaradılması günü ilə əlaqədar açıq qapı günü;

9 noyabr, saat 10:00 – Abşeron milli parkı – qaçış marafonu;

11 noyabr, saat 11:00 – Hirkan milli parkı – veloyürüş;

14 noyabr, saat 11:00 – Göygöl milli parkı – macəra turizmi;

17 noyabr, saat 10:00 – Şirvan milli parkı – quşların müşahidəsi və ornitoloji seminar;

19 noyabr, saat 10:00 – Ağgöl milli parkı – həvəskar balıq ovu turniri;

21 noyabr, saat 10:00 – Şahdağ milli parkı (İsmayıllı bölməsi) – atla yürüş;

23 noyabr, saat 10:00 – Altıağac milli parkı – piyada yürüş marafonu;

27 noyabr, saat 10:00 – Qızılağac milli parkı – həvəskar balıq ovu turniri;

29 noyabr, saat 10:00 – Şahdağ milli parkı (Şabran bölməsi) – ümumdünya təbiəti mühafizə cəmiyyətinin yaranması ilə əlaqədar seminar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır