BDU-nun I kurs tələbələrinə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

14:02 01-11-2019 | icon 129 | Təhsil
BDU-nun I kurs tələbələrinə “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub

Bakı Dövlət Universitetində I kurs tələbələri üçün “Bir” Tələbə-Könüllü Proqramının təqdimat mərasimi keçirilib.

 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbiri universitetin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev açıb. Azərbaycanın bir çox genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini, bu tədbirlərin keçirilməsinə gənclərin də cəlb olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə könüllülüyün bir hərəkata çevrildiyini, gənclər üçün daha çox imkanların açıldığını deyən prorektor, tələbələri “Bir” Tələbə-Könüllü Proqramına qoşulmağa çağırıb.

 

Daha sonra “Bir” Tələbə-Könüllü Proqramının layihə rəhbəri Canoğlan İlyasov proqramın ölkənin 7 şəhərində yerləşən 37 ali və orta ixtisas təhsil müəssisəsini əhatə etdiyini bildirib. 20 mindən çox vahid tələbə-könüllü bazasına malik olan proqramın gənclərə beynəlxalq idman yarışlarında və dövlət tədbirlərində yaxından iştirak etmək üçün geniş şərait yaratdığını deyib. O, proqramın könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi, onların təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq məqsədilə yaradıldığını qeyd edib. Könüllü olmağın üstünlüklərindən bəhs edən layihə rəhbəri tələbələri “Bir” Tələbə-Könüllü Proqramına qoşulmağa dəvət edib.

 

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb. Tədbir maraqlı oyun və müsabiqələrlə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır