Zıkinanın əşyaları auksiona çıxarılır

07:10 02-11-2019 | icon 162 | Şou-biznes
Zıkinanın əşyaları auksiona çıxarılır

Rus mediası dekabrın əvvəlində məşhur sovet müğənnisi Lyudmila Zıkinanın zərgərlik əşyalarını auksiona satışa çıxacağını bildirib.

 

Zərgərlik əşyalarının alışı-satışı “12-ci kürsü” auksion evi tərəfindən keçiriləcək.

 

Belə ki, 2009-cu ildə müğənninin ölümündən sonra zərgərlik məmulatları (SSRİ xalq artistinin mirasından qalan bir çox dəyər kimi) itirilmiş hesab edildi.

Sonradan sənətkarın köməkçisi Tatyana Svinkovanın axtarışı zamanı zinət əşyaları tapılaraq istintaq hərəkətlərindən sonra Zikinanın qardaşı oğlu Sergey Zıkinə təhvil verilib.

 

O isə onları 2012-ci ildə auksiona çıxarıb.

Hərrac evinin mətbuat xidmətindən verilən məlumata görə, müğənninin brilyant və 17 karat sapfir daşlarından ibarət sevimli sırğaları auksiona çıxarılacaq.

 

İlkin lotun başlanğıc qiyməti bir milyon rubl olacaq.

 

Kolleksiyaçılar başqa bir nadir əşyaya, Bakı zərgərlarının hazırladığı, Ümümilli Lider Heydər Əliyevin özü (1993-2003-cü illərdə Azərbaycan Prezidenti) tərəfindən Zıkinaya təqdim olunan boyunbağıya da maraq göstərəcəklər.

Boyunbağı ağ və sarı qızıl rəngdədir və 127 təbii almazdan ibarətdir.

İlkin lot bir milyon rubl təklifi ilə başlayacaq.

 

Auksiona çıxarılanlar arasında “Qar dənəciyi” bir gümüş broş və Zikinanın ən sevdiyi zinət daşı olan "Tovuz quşu" formasında qızıl broşu da var.

Müğənninin zəngin kolleksiyası dəfələrlə iddia edilən varislər arasında mübahisə mövzusuna çevrilib, lakin “12-ci kürsü” auksion evi inandırdığı kimi, bu anda bütün qanuni rəsmiyyətlər həll olunub. /Oxu.az

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...