EHTİRAM MEHTİYEV yazır: ...Niyə hökumətdən razı qalsın ki?

12:04 02-11-2019 | icon 216 | Cəmiyyət
EHTİRAM MEHTİYEV yazır: ...Niyə hökumətdən razı qalsın ki?

Bütün sahələrdə rəhbərlik kökündən dəyişməlidir

 

Payız fəslini, onun yağışını çox sevirəm. Amma səhər durub belə mənzərə ilə qarşılaşanda sevgim nifrətə çevrilir. Bu nifrəti məndə və hər gün mənim kimi bu mənzərə ilə qarşılaşan qonşularımızda yaradan Suraxanı icra başçısı və Bülbülə qəsəbəsi bələdiyyəsi yarıtmaz fəaliyyətidir.

 

Dəfələrlə müvafiq qurumlara müraciət etməyimizə baxmayaraq bu məsələ hələ də öz həllini tapmayıb. Qəsəbənin bələdiyyə sədri də bu küçənin yaxınlığında yaşayır. Sədrin başı isə qəsəbə boyu torpaqların satışına və şəxsi obyektlərinin tikintisinə qarışıb.

Gördüyünüz bu mənzərə dövlət büdcəsini yeyib-talayan, yarıtmaz məmurların gördüyü işin nəticəsidir.

 

Bir neçə il bundan əvvəl küçəmizə kanalizasiya sistemi çəkildi, təbii ki, dövlət büdcəsindən ayrılan pul hesabına. Amma yenə də yağış yağanda küçədə bir neçə sm. hündürlüyündə gölməçə yaranır. Hər gün məktəblilər, yaşlı insanlar bu yoldan istifadə edirlər, əgər buna yol demək mümkündürsə.

Vətəndaş əgər evindən çıxıb rahat işinə, məktəbinə gedə bilmirsə, yollarda zülm çəkirsə, niyə hökumətdən razı qalsın ki, niyə hakimiyyətə, sistemə, idarəçiliyə etiraz etməsin ki?

 

Belə çıxır ki, bəzi məmurlar, qurumlar məhz vətəndaşı hökumətdən narazı salmağa, vətəndaş-hakimiyyət arasında uçurum yaratmağa çalışırlar.

Prezident özü də bunu qeyd etdi çıxışında. İslahatlara mane olmağa çalışanlar var, iqtidarın öz içində. Bunun qarşısını almağın da bir yolu var, radikal, köklü kadr islahatları. Vətəndaşın narazı olduğu bütün sahələrdə rəhbərlik kökündən dəyişməlidir, vəzifəyə vicdanlı, dövlətini, xalqını sevən, işini bilən, yenilikçi, savadlı kadrlar gətirilməlidir. Və müxalifətlə dialoq, hakimiyyət müxalifətlə bir masa ətrafında oturmalıdır, vəziyyətdən çıxış yollarını müxalifətlə birgə axtarmalıdır...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

İyunun 15-i saat 00.00-dək uzadıldı

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir

MƏNİ BAĞIŞLA, ÖVLADIM!

Dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır

Uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiya təsdiqləndi

Sosial şəbəkələrdən zillət çəkən təkcə Tramp deyil

Bakıdan təyyarə biletləri satışa çıxarıldı

Açıq havada idman yarışları keçirməyə icazə verildi

Mirzə Ələkbər Sabirin ölüm yatağında DEDİKLƏRİ...