Sabah MSK prezident seçkilərinə yekun vuracaq

22:30 14-04-2018 | icon 150 | Siyasət
Sabah MSK prezident seçkilərinə yekun vuracaq

Aprelin 15-də Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması və nəticələrin Konstitusiya Məhkəməsinə təqdim edilməsi ilə bağlı iclas keçirəcək.

 

Versus.az xəbər verir ki, Seçki Məcəlləsinə əsasən MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkilərinə yekun vurmalı və nəticələri təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı bu müddət aprelin 21-dək olan dövrü əhatə edir.

 

Qeyd edək ki, aprelin 11-də keçirilmiş prezident seçkilərinin ilkin nəticələrinə əsasən İlham Əliyev 86,03 faiz, Zahid Oruc 3,11 faiz, Sərdar Cəlaloğlu 3,03 faiz, Qüdrət Həsənquliyev 3,02  faiz, Hafiz Hacıyev 1,52 faiz, Araz Əlizadə 1,38  faiz, Fərəc Quliyev 1,17  faiz və Razi Nurullayev 0, 74 faiz səs toplayıb. Prezident seçkilərində 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri iştirak edib, seçici fəallığı  74,30 faiz olub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi