"Millət vəkili cəfəngiyyat danışıb"

15:13 03-11-2019 | icon 453 | Siyasət
"Millət vəkili cəfəngiyyat danışıb"

Əlisahib Hüseynov: "Araz Əlizadə Azərbaycan-Türkiyə qardaşlığı siyasətinə zidd çıxır"

 

"Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin İTV-də yayımlanan "3D" proqramının qonağı olarkən Osmanlı (türk) ordusu barədə, Nuru Paşa haqqında səsləndirdiyi fikirlər tamamilə yersiz, əsassız fikirlərdir".

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib. Partiya sədri ASDP sədrinin fikirlərini cəfəngiyyat sayıb.

 

Əlisahib Hüseynov Araz Əlizadənin aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən Osmanlı ordusunu pul qarşılığında xidmət edən muzdlu ordu adlandırmasını, Türkiyə və Azərbaycanın isə qardaş ölkə olmadığını iddia etməsini absurd hesab edib:

 

"Araz Əlizadə bir millət vəkilinin heç vaxt və heç vəchlə dilə gətirməməli olduğu fərziyyələrini növbəti dəfə cəmiyyətə sırımağa çalışıb. ASDP-nin sədri və Milli Məclisin üzvü olan bu şəxs unutmamalıydı ki, onun təxribat xarakterli bu iddiaları ilk dəfə Ulu Öndərimiz Heydər Əliyevin səsləndirdiyi tarixi “Bir millət, iki dövlət” şüarının ruhuna və Prezidentimiz İlham Əliyevin yürütdüyü Azərbaycan-Türkiyə qardaşlığı siyasətinə tamamilə ziddir".

 

Araz Əlizadənin cəmiyyətdən gələn qınaqları nəzərə alacağına və bundan sonra bir də heç vaxt bu cür kökündən yanlış mülahizələrlə çıxış etməyəcəyinə ümid etdiyini vurğulayan Əlisahib Hüseynovun fikrincə, dövlətin zəifləməsinə səbəb olan, cəmiyyətin parçalanmasına şərait yaradan bu kimi fikir və iddiaları gündəmə gətirib ictimailəşdirmək düzgün deyil.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Naxçıvan istiqamətində GƏRGİNLİK

"Cümhuriyyət tariximizlə qürur duyuruq"

102 yaşın mübarək, Azərbaycan!

"Əminəm ki, bizim müstəqillik inkişafımız davamlı olacaq"

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

"Dövlətimiz əbədi, milətimiz uca olsun hər zaman"

"Cumhuriyyət günün mübarək, Azərbaycan!"

Bu qabiliyyət imtahanları keçirilməyəcək

"Azərbaycanımızı özümüzdən başqa kim qoruyacaq?!"

Atəşkəs 23 dəfə pozulub

"Azərbaycanımız daha güclü, bütöv dövlətlərdən biri olsun"

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI