Əlləri və ayaqları soyuq olanların nəzərinə

13:08 04-11-2019 | icon 139 | Sağlamlıq
Əlləri və ayaqları soyuq olanların nəzərinə

Payız və qış aylarında temperatur düşəndə bədənimizdə bir çox dəyişikliklər baş verir.

 

Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, tədqiqatlar miokard infarktı, yəni koronar damarın tıxanma hallarının qışda daha yüksək olduğunu göstərib. Çünki payız və qış aylarında temperatur azalması fizika qanunlarına görə damarların daralmasına səbəb olur. Ürəyin işləməsi çətinləşir. Qan laxtaları dar damarları asanlıqla tıxayır.

 

Yadda saxlayın ki, ürək sağlamlığı üçün əl və ayaqların isti olması lazımdır. Odur ki, ayaqları isti saxlayın, qalın və isti saxlayan corablarla geyin, şaxtalar başlayanda əlcəklərə laqeyd qalmayın.

Soyuq hava ağciyər və bronxlara da təsirsiz ötüşmür. Bronx spazmını təhrik edir və bu, bütün astmatiklər üçün böyük bir problemə çevrilir. Siqaret çəkənlərdə də oxşar problemlər var.

 

Nə etməli?

Küçədə şərf və ya tibbi maska ilə gəzin, bu yolla hava artıq bir qədər isidilmiş formada ağciyərlərə daxil olur. Ən yaxşısı isti çay və ya bulyonlardır. Bir çox insan damarların genişlənilməsinin hesabına istilik hissi verdiyi üçün alkoqol qəbul etməyə üstünlük verir. Ancaq bu istilik tez bir zamanda yox olur və insan daha da donmağa başlayır.

 

İsti çay bədəni daha yaxşı isidir, lakin istiliyin hətta topuqlara qədər çatmasını və daha uzun müddət qalmasını istəyirsinizsə, isti yağlı bir bulyondan daha yaxşı versiya yoxdur. Yalnız isti deyil, həm də yüksək kalorili bir məhsul olduğu üçün insana əlavə enerji verilir. Beləliklə, isti bulyon bədəni qızdırmaq üçün kifayət edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ