Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib

13:40 05-11-2019 | icon 122 | Cəmiyyət
Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib

Gənclər Fondu və Asan Xidmətin birgə həyata keçirdiyi GəncLİK Proqramının (Gənc Liderlərin İnkişaf Konsepsiyası) iştirakçıları üçün növbəti təlim Şamaxıda baş tutub.

 

Versus.Az xəbər verir ki, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov GəncLİK Proqramının iştirakçıları ilə görüşüb, ölkədə həyata keçirilən gənclər siyasətinin Azərbaycan gəncliyinin hərtərəfli inkişafına və ictimai-siyasi həyatda fəal iştirakının təmin olunmasına yönəldiyini vurğulayaraq Ulu Öndərin əsasını qoyduğu bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söyləyib. Görüş zamanı icra başçısı dövlətin regionlara qayğısı, yerli əhalinin problemlərinin həllində yeni metodların axtarışı, gənclərin təhsil və elmə həvəsləndirilməsi haqqında fikirlərini də gənclərlə bölüşüb.

 

Şamaxı Astrofizika Rəsədxanasına ekskursiya edən gənclər astronomik muzey və teleskoplarla yaxından tanış olub, rəsədxananın fəaliyyəti və səma cisimləri haqqında ətraflı məlumatlandırılıblar. Daha sonra gənc liderlər Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinə baş çəkiblər. Müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş kompleksin istehsalat prosesini əyani şəkildə müşahidə ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO