"Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib"

07:15 16-04-2018 | icon 179 | Dünya
"Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib"

ABŞ prezidenti Donald Tramp Suriyaya endirilən zərbələr barədə Konqresə məlumat verib və konstitusiyaya uyğun olaraq və ABŞ-ın maraqları çərçivəsində hərkət etdiyini bildirib.

 

Versus.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı Donald Trampın Konqresin hər iki palatasına göndərdiyi məktubda deyilir. Sənəddə bildirilir:

 

"2018-ci il aprelin 13-ü təxminən saat 09:00-da ABŞ Silahlı Qüvvələri Fransa və Böyük Britaniya Silahlı Qüvvələri ilə birgə Suriyada hərbi kimyəvi silahların hazırlanması üçün istifadə olunan obyektlərə zərbələr endirib. Hərbi əməliyyatın məqsədi gələcəkdə Suriya ordusunun kimyəvi silahdan istifadə edərək hücum etmə qabiliyyətini azaltmaqdan və Suriya hökümətinin gələcəldə kimyəvi silahdan istifadə etməsinin qarşısını almaqdan ibarət olub.

Mən xarici əməliyyatlar aparmaq üzrə konstitusiya hüquqlarıma uyğun və baş komandan kimi ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin həyati maraqlarını qorumaq üçün hərəkət edirdim.

ABŞ vacib milli maraqlarının irəli sürülməsi üçün zəruri hallarda və məqsədəuyğun olaraq əlavə addımlar atacaq".

 

Qeyd edək ki, ABŞ, Böyük Britaniya və Fransa aprelin 14-ü səhər saatlarında Suriyanın kimyəvi silah hazırlandığı ehtimal edilən dövlət obyektlərinə hava zərbələri endirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

Pensiyalar artıb

ALDP sədrindən müstəqillik təbriki

"Bu, bütün müxalifətin çarəsiz etirafıdır"

Onları cərimələyəcəklər

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

"Hər kəs eyni qaydada dəfn mərasimi keçirəcək"

Bu məhkumlarla bağlı qanun dəyişir

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

İqbal Ağazadə xalqı təbrik etdi

""Camaat nə deyər?!" prinsipi..."

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS