Çərəzli şokoladları qurdlanmaqdan necə qoruyaq?

14:42 05-11-2019 | icon 113 | Maraqlı
Çərəzli şokoladları qurdlanmaqdan necə qoruyaq?

Quru meyvələr, çərəzlər damaq dadımızın ayrılmaz ləzzətlərindən biridir. Hələ bu çərəzlərin şokoladla qovuşmuş halı əvəzolunmaz dad yaradır. Amma bu dadlı qidanın bizdən başqa da damaq dostları var - qurdlar. Bu dəfə çərəzli şokoladların niyə qurdlandığı haqqında məlumat verəcəyik.

 

Çərəzli şokoladların qurdlanması haqqında şikayətlər çoxdur. Lakin, qurdlanma prosesi şokoladın özü ilə deyil, onun tərkibinə daxil olan inqredientlərin xüsusilə fındıq, püstə və digər çərəzlərin qurdlanması ilə əlaqədardır. Qənnadı məmulatlarında yaranan bu qurdlara "güvə sürfələri" deyilir. Gün işığı, nəm və havaya qarşı həssas olan məhsulun keyfiyyətini itirməməsi üçün düzgün şəkildə saxlamaq lazımdır.

 

Şokolad məhsulları temperaturu 18-21°C və nisbi hava rütubəti 75%-dən çox olmayan quru və sərin şəraitdə saxlanmalıdır, ən optimal temperatur isə 20°C-dir. Eyni zamanda məhsullar üçün müəyyən edilən yararlılıq müddəti də vacib faktorlardan biridir. Son istifadə tarixi keçmiş şokolad məhsulları xarab ola, bəzi çeşidləri isə qurdlana bilər. Buna görə də məhsul qablaşdırmaları hava daxil olmayacaq şəkildə tam bağlı olmalıdır. Açıq qablaşdırmadakı məhsula rütubət daxil olduğu üçün boyatlayacaq və xarab olacaq. Xüsusilə yol kənarlarındakı satış köşkləri, qəsəbələrdə yerləşən kiçik mağazalarda əksər hallarda qida məhsullarının saxlanılma qaydalarına riayət olunmur. Mağazalarda şokolad məhsullarını çərəzlərlə yaxın şəraitdə saxlamaq arzuolunmaz haldır. Belə ki, köhnəlmiş və ya zərərvericilərə yoluxmuş çərəzlər yaxınlıqda saxlanılan konfet və ya şokolad məhsullarına da yoluxdura bilir. Birbaşa gün işığı və açıq şəraitdə saxlanıldığı üçün konfetlərin tərkibi dəyişilir. İstehlakçılara saxlanma şəraiti və istehsal tarixinə diqqət etmələrini, bütövlüyü pozulmuş qablaşdırmadakı məhsulları almamaları tövsiyə olunur.

 

Seçilmiş çərəzlər və bol südlü şokolad qovuşarkən meydana gələn mükəmməl dadlı çeşidləri ilə "Ulduz" şokolad fabriki şokoladsevərlərin arzularını reallaşdırır. Fabrik qarışıq çərəzlər və taxılla zəngin "Xonça", zərif nuqa, karamelli yerfındığından hazırlanan "Tango", yerfındıq və düyüpartlaqlı "Choco", meyvə qurulu, çərəzli və taxıllı "Valşebnıy Sunduçok" kimi bol çərəzli şokolad konfetlərini istehsal edir. Əl dəymədən, təmiz və təhlükəsiz şəraitdə hazırlanan bu nəfis şokoladlar istehlakçıların damaq dadına çevrilmişdir.

 

Şokolad yeməli xoşbəxtlikdir, özünüzü bu xoşbəxtlikdən məhrum etməyin. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ

Mehriban Əliyeva Azərbaycan xalqını və dünya müsəlmanlarını TƏBRİK EDİB