Qadın sünnəti

15:22 05-11-2019 | icon 187 | Maraqlı
Qadın sünnəti

Birləşmiş Millətlər Təşkilatın əsasən (BMT), hazırda dünyada sünnət edilməyə məruz qalan (ingiliscə, Female Genital Mutilation - FGM) 200 milyon qız və qadın yaşayır.

 

 

Versus.Az Medicina.az-a istinadən xəbər verir ki, bu hala əsasən, Afrika və Yaxın Şərqdə yerləşən 30 ölkədə rast gəlinsə də, bəzi Asiya və Latın Amerikası ölkələrində də qarşılaşmaq mümkündür. BMT-nin məlumatına əsasən, artıq Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Yeni Zelandiyada yaşayan miqrantlar arasında da qadın sünnəti yayılıb.

 

Qadın sünnəti və ya ingilis dilindən qısaldılmış şəkildə FGM qadının cinsi orqanının xaricdən kəsilməsi və ya tamamilə götürülməsi ilə müşayiət olunur.

 

Adətən böyük cinsiyyət dodaqlarının (labia) və klitorisin kəsilməsi ilə baş tutur və Dünya Sağlamlıq Təşkilatı onu "tibbi əsas olmadan qadın cinsi orqanlarına zədə törədən proses kimi" təsvir edir. 

 

 

 

FGM-in dörd növü var:

 

-Klitoridektomiya.

Həssas klitoris və ətrafındakı dərinin tamamilə və ya qismən kəsilməsi.

 

- Eksizisiya.

Klitorisin tam və ya qismən kəsilməsi ilə yanaşı, kiçik labia və ya vaginanı örtən daxili dəri qatlarının da kəsilməsi.

 

- İnfibulyasiya. 

Kiçik labia və vaginanı örtən xarici dəri qatlarından ibarət böyük labianın kəsilməsi və yerinin dəyişdirilməsi. Bu zaman xırda dəlik buraxılaraq tikilmə prosesi də baş tutur. Bu təcrübə təkcə kəskin ağrılı və əziyyətli deyil, həm də davamlı infeksiya riski daşıyır: vagina və sidik kanalının üzəri bağlanır və aybaşı mayesinin və sidiyin bədəndən rahat çıxması üçün yer daralır.

 

Hətta, bəzən boşluq o qədər dar olur ki, cinsi münasibət və ya doğuş üçün dəliyi kəsərək böyütmək lazım gəlir. Təbii ki, doğuş zamanı bu, həm ana, həm də körpə üçün təhlükə törədir.

 

- Buraya klitoris və ya cinsi orqanın iynələnməsi, pirsinqi, çərtilməsi, qaşınması və dağlanması kimi qalan digər zərərli proseslər daxildir.

 

Nə üçün edilir?

 

Qadın sünnəti barəsində tez-tez göstərilən səbəblərə sosial normalar, din, gigiyenanı yanlış anlama, qız və ya qadının bakirəliyinin qorunması, qadını "evlənməyə yararlı" etmə və kişinin seksual həzzini artırmaq daxildir. Bəzi mədəniyyətlərdə FGM yetkinliyə keçmək və evlənmək üçün ilkin şərt hesab olunur.

 

Baxmayaraq ki, sünnətin heç bir gigiyenik üstünlüyü və sağlamlıq üçün xeyri yoxdur, bunu tətbiq edən cəmiyyətlər qadının vaginasının kəsilməsini zəruri hesab edirlər və sünnət edilməyən qadınları qeyri-sağlam, natəmiz və qiymətsiz kimi dəyərənlədirirlər.

 

 

Proses adətən qızların icazəsi olmadan aparılır və dünyada sağlamlıq üzrə mütəxəssislər onu qadınlara və insan haqlarına qarşı zorakılıq hesab edirlər. Bu hal uşaqlara qarşı baş verdikdə, uşaq istismarı kimi qeydə alınır.

 

Unicef-in Afrika və Yaxın Şərqdə yerləşən 29 ölkədə apardığı araşdırmanın nəticələrinə əsasən, bu ölkələrdən 24-də FGM-ə qarşı qanunvericilik və ya qərarlar forması olmasına baxmayaraq, təcrübədən hələ də geniş şəkildə istifadə olunur.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?

ALDP sədrindən RAMAZAN TƏBRİKİ