"Separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycan Türkiyəni dəstəkləyir"

16:08 05-11-2019 | icon 152 | Gündəm
"Separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycan Türkiyəni dəstəkləyir"

Noyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Baş Qərargahının ikinci rəisi korgeneral Metin Gürakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ölkələrimiz arasında münasibətlərin dostluq və qarşılıqlı inam üzərində qurulduğunu xatırladan Müdafiə naziri bildirib ki, Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində Türkiyə ilə əməkdaşlığı genişləndirir və bu bölgədəki sabitliyi təmin edən əsas amillərdəndir. Türkiyə xalqının rifahı uğrunda terrorçuluqla mübarizədə şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyən Z.Həsənov separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəklədiyini diqqətə çatdırıb.

 

Müdafiə naziri Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli əsasda və NATO tərəfindən həyata keçirilən proqramlar çərçivəsində aparıldığını qeyd edib. Nazir, dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı daim inkişaf etdiyini xüsusi vurğulayıb.

 

Korgeneral M.Gürak də öz növbəsində ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrindən, o cümlədən səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Qonaq Azərbaycan və Türkiyə hərbçilərinin Bakıda növbəti görüşünün təşkilinə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirib.

 

Ölkələrimizin yerləşdiyi regionda baş verən son hadisələrin müzakirə olunduğu görüşdə Azərbaycan-Türkiyə ikitərəfli formatında, həmçinin Pakistan, Gürcüstan, eləcə də türkdilli dövlətlərin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və digər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /APA/

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Sərhədi keçsən səni vuracağıq” quru bəyanatı da vermədilər - VİDEO

“İşğal altındakı ərazilər şüur altında sağalmayan ağrı kimi  qalır” - MÜSAHİBƏ

Cəbhədə silhalar susmur

Futbol klubunun prezidentinə qarşı araşdırma aparılır

Tanınmış məşqçimiz Həbib Nurməhəmmədovun atası ilə güləşir - FOTO/VİDEO

Mədəniyyət Komitəsinin sədri Xalq artisti ilə görüşüb

Neftin qiyməti bahalaşır

Bu dərman ölüm riskini artırır

“Biz birlikdə güclüyük” layihəsi çərçivəsində aztəminatlı tovuzlulara edilən yardıma görə TƏŞƏKKÜR

Çempionlar Liqasının 10 ən yaxşı baş məşqçisi kimlərdi?

"Spartak" azərbaycanlı futbolçunu qovdu

Əli Həsənov, Vüqar Səfərli və Əflatun Amaşov həbs edilir?

Küçə itinə hücum edən pitbulu yalnız təzyiqli su sakitləşdirə bildi - VİDEO

Acun Ilıcalı “Instagram”da dünya rekordunu yenilədi - FOTO